İran Prezidenti Həsən Ruhani nüvə fizikası üzrə alim Möhsün Fəxrizadənin qətli barədə açıqlama verib.

Dövlət kanalında çıxış edən Ruhani bu cinayətin ölkənin nüvə sənayesinin inkişafını ləngitməyəcəyini söyləyib:

“Alim Fəxrizadənin öldürülməsi düşmənlərimizin ümidsizliyini və nifrətinin dərinliyini göstərir. Onun qətlə yetirilməsi qazandığımız uğurları dayandırmayacaq”.

Xatırladaq ki, noyabrın 27-də nüvə fizikası üzrə alim, İranın Müdafiə Nazirliyinin Araşdırma və İnnovasiya Təşkilatının rəhbəri Möhsün Fəxrizadə Tehranda avtomobilində qətlə yetirilib.

İstinadlar Qafqazinfo