İran prezidenti Həsən Ruhani Birləşmiş Ştatlarla yaranmış gərginlik fonunda bildirib ki, yaxın Şərq dövləti ərazisinin bombarmanlara məruz qalacağı təqdirdə təslim olmayacaq.

“Bu gün bizə mətanət lazımdır, düşmənlər dərk etməlidir ki, bizim ürəklərimizdə ümidsizliyə yer yoxdur”, – deyə o qeyd edib.

Ruhani vurğulayıb ki, hətta əgər İran ərazisinə atəş açsalar, respublika sakinləri öz hədəflərinin – müstəqilliyin və böyüklüyün ardınca getməyə davam edəcəklər.

Daha əvvəl İran prezidenti bildirib ki, ABŞ Dövlət Departamenti rəsmən səkkiz dəfə Tehrana danışıqlara başlamaqla bağlı müraciət edib.

İstinadlar Report