İran uranın 90 faizədək zənginləşdirilməsinə elə bu gündən başlaya bilər.

Bunu İran Prezidenti Həsən Ruhani deyib.

Lakin prezident İranın nüvə bombası yaratmağa çalışmadığını bildirib.

Onun sözlərinə görə, nüvə sazişinin tərəfləri razılaşmaya qayıtsalar, uranın zənginləşdirilməsi 3,67 faizi keçməyəcək. Bu, Birgə Hərtərəfli Fəaliyyət Planının (başqa adı ilə nüvə sazişinin) şərtlərində nəzərdə tutulmuş maksimum zənginləşdirmə faizidir.

İstinadlar Report