
ABŞ dövlət katibi Marko Rubio martın 10-12-də Səudiyyə Ərəbistanının Ciddə şəhərinə səfər edəcək və burada münaqişənin sülh yolu ilə həllini müzakirə etmək üçün Ukrayna nümayəndə heyəti ilə görüşəcək.
Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus yazılı açıqlamasında bildirib.
“Rubio Ciddədə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ilə də görüşərək regionda ortaq maraqları inkişaf etdirmək və ABŞ-Səudiyyə münasibətlərini gücləndirmək yollarını müzakirə edəcək”, – diplomat qeyd edib.