ABŞ administrasiyası hesab edir ki, Ukraynanın 2014-cü il sərhədlərinə qayıtması son dərəcə çətin olacaq.

Bu barədə ABŞ-nin dövlət katibi Marko Rubio Səudiyyə Ərəbistanına uçuş zamanı jurnalistlərə bildirib.

“Düşünürəm ki, hər iki tərəf bu vəziyyətin hərbi həllinin olmadığını anlamalıdır”, – o deyib. Rubionun sözlərinə görə, “aydındır ki, Ukraynanın rusiyalıları hər hansı bir ağlabatan müddət ərzində 2014-cü ildə olduqları yerə qaytarması çox çətin olacaq”.

İstinadlar Report