
Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Marko Rubio arasında telefon danışığı olub.
Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.
Məlumata görə, Lavrov Rubio ilə telefon danışığında Moskvanın Ukrayna böhranının əsas səbəblərini etibarlı şəkildə aradan qaldırmaq üçün ABŞ ilə əməkdaşlığı davam etdirməyə hazır olduğunu təsdiqləyib.
“Nazir və dövlət katibi operativ əlaqəni davam etdirmək barədə razılığa gəliblər” – məlumatda qeyd olunub.