
ABŞ dövlət katibi Marko Rubio fevralın 13-18-də Almaniya, İsrail, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcək, o, HƏMAS-ın saxladığı girovların azad edilməsi, Qəzza zolağında atəşkəs razılaşmaları və İrana qarşı mübarizəni müzakirə edəcək.
Bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Brusun yazılı bəyanatında deyilir.
Rubio fevralın 13-də Münxen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya yola düşəcək. Brusun sözlərinə görə, orada o, “xarici tərəfdaşlarla ABŞ-nin bir sıra prioritetlərini müzakirə edəcək”.
“Münxendə Rubio həmçinin G7 ölkələrinin xarici işlər nazirlərinin görüşündə iştirak edəcək”, – bəyanatda qeyd olunub.
“Daha sonra o, 15-18 fevralda İsrail, Səudiyyə Ərəbistanı və BƏƏ-yə səfər edəcək”, – sənəddə deyilir. Bu ölkələrdə Rubio “regionda əməkdaşlığın gücləndirilməsi, sabitlik və sülhün təmin edilməsi” üçün rəsmi şəxslərlə görüşlər keçirəcək.