
ABŞ Dövlət katibi Marko Rubio gələcəkdə Rusiya xarici işlər naziri Sergey Lavrova qarşı birtərəfli sanksiyaların ləğvi ehtimalını istisna etməyib.
Bu barədə Rubio Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilmiş Rusiya-ABŞ danışıqlarının yekununda bildirib.
“Biz hələ ki, danşıqların o səviyyəsində deyilik. Amma, əlbəttə ki, müzakirə edilməli olduğumuz bir sıra mövzular var”, – o, mətbuat konfransında Vaşinqtonun gələcək addımlarının Lavrova qarşı sanksiyaların ləğvini əhatə edib-etməyəcəyi ilə bağlı sualı cavablandırarkən deyib.