ABŞ-nin seçilmiş prezidenti Donald Tramp investor Tomas Barrakı ABŞ-nin Türkiyədəki səfiri vəzifəsinə irəli sürüb.
“Report” xəbər verir ki, bu barədə siyasətçi “Truth Social” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.
“Məmnuniyyətlə elan edirəm ki, Tom Barrak Türkiyədə növbəti səfirimiz olacaq. Tom otuz il ərzində özəl investisiya şirkətinə uğurla rəhbərlik edib”, – Tramp yazıb. O, Barrakın lazımi təcrübəyə malik olduğunu və həm siyasi, həm də işgüzar dairələrdə hörmət qazandığını qeyd edib.