Xalq artisti Röya Ayxanın atası Yaqub Nəcəfovun ayağı amputasiya edilib.

Bu barədə “Bizimləsən” proqramında məlumat verilib.

Canlı efirə videogörüntülü şəkildə bağlanan sənətçi atasının bir neçə gün əvvəl əməliyyat olunduğunu açıqlayıb:

“Atam şəkər xəstəliyindən əziyyət çəkir. Ayağını demək olar ki, kəsdilər. Həkimlərdən xahiş etdim ki, Yeni il günü heç olmasa, iki saatlıq icazə versinlər ki, süfrəmdə əyləşdirim. Ona görə çox narahat idim, hərarəti düşmürdü”.