AzTV-də ötən gün önəmli kadr dəyişiklikləri olub. Rəsmi təsdiqlənən məlumatlara görə teleradionun sədr müavinləri Elsevər Dünyamalıyev və Rəşad Nəsirov vəzifədən alınıb. Onların yerlərinə müvafiq olaraq Rüfət Həmzəyev və Rafiq Həşimov təyin olunub.

Azərbaycan 24 maraqlı nüans kimi qeyd edir ki, sədr Rövşən Məmmədovla birgə hazırda televiziyanın üç əsas vəzifəsi adları ‘R’ hərfi ilə başlayan şəxslərə həvalə edilib.