Rusiyanın Rostov vilayətində Vətəndaşlıq Vəziyyəti Aktlarının Dövlət Qeydiyyatı (VVAQ) idarələrində qonaqların nikah mərasimi zamanı davranış qaydaları yenilənib.

Yeni qaydalarla bağlı məlumat regional VVAQ idarəsinin saytında paylaşılıb.

Yeni qaydalara görə, nikah mərasimi zamanı gülmək, yüksək səslə danışmaq, şüarlar səsləndirmək, eləcə də telefonla danışmaq qadağan olunub.

Həmçinin VVAQ idarəsinə çirkli ayaqqabı ilə daxil olmağa, burada qida qəbul etməyə, siqaret çəkməyə və spirtli içki içməyə də icazə verilməyəcək.

Bununla yanaşı, nikah mərasiminin keçirilməsi 40 dəqiqədən çox davam etməməlidir.

İstinadlar Qafqazinfo