
Moskvada müstəntiqlər Rusiya Milli Qvardiyasının Rəqəmsal İnkişaf və İnformasiyanın Mühafizəsi Departamentinin rəisi, general-mayor Mixail Varentsovu xüsusilə külli miqdarda dələduzluqla bağlı cinayət işi çərçivəsində saxlayıblar.
“Varentsov Nikolay Çepkasova qarşı açılmış cinayət işi çərçivəsində saxlanılıb. Hazırda onunla bağlı istintaq hərəkətləri aparılır, onun nəticələrinə əsasən “Rosqvardiya” generalı barəsində həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar veriləcək”, – mənbə agentliyə bildirib.
İddia olunur ki, istintaq general-mayorun həbsinə çalışacaq. Bir ay əvvəl bu işlə bağlı Rusiya Milli Qvardiyasının əsas informasiya texnologiyaları mərkəzinin rəhbəri Nikolay Çepkasov da həbs edilib.