
Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldo bu dəfə əməkdaşlıq etdiyi şirkətin qol saatları ilə gündəmə gəlib.
Futbolçu bu barədə özünün sosial media hesabında paylaşım edib.
Belə ki, o, “Jacob & Co” şirkəti ilə əməkdaşlığa başlayıb. Şirkətin satışa çıxardığı qol saatlarının qiyməti isə 48 – 250 min manat arasında dəyişir.