Portuqaliya millisinin ulduz futbolçusu Kriştiano Ronaldo Azərbaycan yığması ilə Bakıda keçiriləcək oyunda iştirak etməyəcək.

36 yaşlı hücumçu DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində İrlandiya ilə keçirilən oyunda sarı vərəqə limitini doldurub və cəzalı duruma düşüb.

Bu səbəbdən o, seçmə mərhələ çərçivəsində sentyabrın 7-də Bakı Olimpiya Stadionunda oynanılacaq Azərbaycan – Portuqaliya matçında iştirak etməyəcək.

Qeyd edək ki, Ronaldo sarı vərəqə aldığı oyunda dubl etməklə komandasına qələbə qazandırıb.