
Silahsızlanmadan sülh əldə oluna bilməz və özünü müdafiə etmək istəyi silahlanma yarışına çevrilə bilməz.
Bu barədə Roma Papası Fransisk ənənəvi “Urbi et orbi” (“Şəhərə və dünyaya”) Pasxa mesajında bildirib.
Müqəddəs Pyotr kilsəsinin fasadının eyvanında mesajının oxunması zamanı 88 yaşlı papa özü iştirak edib və möminləri Pasxa bayramı münasibətilə təbrik edib.
“Tərksilahsız heç bir sülh mümkün deyil! Heç bir xalqın öz müdafiəsini təmin etmək ehtiyacı silahlanma yarışına çevrilə bilməz”, – o bildirib.
O, bu il Pasxa bayramının həm katoliklər, həm də pravoslavlar tərəfindən qeyd edildiyi Müqəddəs Torpaqda sülhə çağırıb.
“Mən Fələstində və İsraildə əziyyət çəkən xristianlara, eləcə də bütün İsrail və Fələstin xalqına yaxınlığımı bildirirəm”, – o söyləyib.
Pontifik həmçinin Livan və Suriyadakı xristian icmaları üçün dualar etməyə və Rusiya – Ukrayna müharibəsində tərəfləri sülhə çağırıb. Bundan əlavə, Fransisk Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması gözlənilən Qafqazı, siyasətçilərin gərginliyə və böhrana yol verməməli olduğu Balkanı, eləcə də Afrika ölkələrindəki, Yəmən və Myanmadakı çətin vəziyyəti xatırladıb.