Tibb sahəsində istifadə olunan robotlarn mürəkkəbliyi və funksiyalarının sayı hər il artır. Uzaq məsafədən həyata keçirilmiş ürək əməliyyatından sonra həkimlər mexaniki manipulyatorun köməyi ilə pasiyentin beyninə cərrahi müdaxilə ediblər.

Anevrizmin ləğvi üzrə mürəkkəb əməliyyat Kanadada cərrah Vitor Mendes Pereyra tərəfindən həyata keçirilib. O, hərəkətlərin yüksək dəqiqliyini təmin edən, coystik və sensor ekranın köməyilə idarə olunan ikinci nəsil “CorPath GRX” avtomatlaşdırılmış əldən istifadə edib.

Robotun kabel vasitəsilə operator pultuna birləşdirilməsinə baxmayaraq, istehsalçılar gələcəkdə belə əməliyyatların uzaq məsafədən həyata keçiriləcəyinə ümid edirlər. Pereyra pasiyenti əməliyyat etməzdən öncə onun beyninin strukturunu dəqiq köçürən “3D” model üzərində məşq edib və əməkdaşlardan ibarət komanda ilə qarşılıqlı əlaqəni yoxlayıb.

Emil Hüseynov

İstinadlar ict news