Yaponiyanın “Panasonic” şirkəti “Hospi” robotunun "ISO 13482″ beynəlxalq standartı üzrə sertifikasiya prosedurunun uğurla başa çatmasını açıqlayıb.

Hazırkı “Hospi” versiyası tam tibb bacısından daha çox tibb bacısının köməkçisi rolunda çıxış edir. Robot tibbi avadanlığın, məxaric materiallarının və analiz nümunələrinin steril şəraitdə və mühafizəli (maqnit kartı üzrə) daşınması və çatdırılması üçün nəzərdə tutulub. Hərəkət sürəti 1 m/s təşkil edən robot xəstəxana binalarının xəritəsini yükləyə, yolu müstəqil tapa və hətta liftlərin “Wi-Fi” şəbəkəsi vasitəsilə simsiz idarəetmə sistemi ilə təchiz edildiyi halda onlardan istifadə edə bilir.

“Hospi”nin bundan əvvəl Sinqapurda uğurlu sınaqları keçirilsə də, Yaponiyanın “ISO 13482” beynəlxalq standartına uyğun “JIS B 8445 и JIS B 8446-1” standartı aparatdan Yaponiyanın və digər ölkələrin xəstəxanalarında istifadəyə imkan verəcək. “Panasonic” nümayəndələrinin sözlərinə görə, bu, robotun bütün tələb olunan standartları yerinə yetirə bildiyi ilk tarixi hadisədir.

Yeni robot “Panasonic” mühəndislərinin tibbi müəssisələr üçün hazırladıqları modellər seriyasından yalnız biridir. Bundan əvvəl buraxılan robotdan Yaponiya xəstəxanalarında cədvəl üzrə dərmanların verilməsi üçün istifadə olunur, "Hospi-Rimo” versiyası isə yataq xəstələrinə ətraf dünya ilə daha sıx ünsiyyət qurmağa imkan verir.(ict news)