“İstintaq qrupu 2008-ci il martın 1-də Ermənistanda baş verən hadisələrlə bağlı işin üstünü açmağa çalışmır”.

Bunu Ermənistanın sabiq prezidenti Robert Koçaryan deyib.

Xatırladaq ki, keçmiş prezidentin adı bu işdə təqsirli kimi hallanır.

Sabiq prezidentin sözlərinə görə, o, əvvəlcə Xüsusi İstintaq Xidmətinə şahid qismində dəvət olunub, ancaq gəldikdən dərhal sonra ona ittiham irəli sürülüb.

“Dərhal həbs vəsatəti ilə məhkəməyə müraciət etmək qərarı verildi. Məndə elə təəssürat yarandı və sonra bu fikrimi qətiləşdirdim ki, istintaq qrupu qarşısına işin üstünü açmağı məqsəd qoymayıb, sadəcə, artıq “təyin edilmiş” günahkar var və onlar həmin şəxsin günahını sübut etmək üçün hər şeyi etməlidirlər”, – Robert Koçaryan bildirib.

O həmçinin qeyd edib ki, hazırda eyni vəzifəli şəxslərin vəzifədə qalması onu təəccübləndirir.

İstinadlar Report