“Son bir ayda mətbuatı izlədiyim üçün yeni heçnə deməyəcəyəm. Praktik olaraq hər şey artıq deyilib, bunun niyə baş verdiyini anlamaq üçün sadəcə ümumiləşdirmək olar . Birincisi, münaqişənin nizamlanmasına dair danışıqlar prosesi erməni tərəfindən bilərəkdən dayandırıldı. İş o yerə çatdı ki, ATƏT-in Minsk Qrupu həmsədrləri nə baş verdiyini belə anlamadılar. Erməni tərəfi danışıqlar prosesini çıxılmaz vəziyyətə gətirmək üçün müxtəlif fəndlərə əl atdı”.

Bunu Ermənistanın ikinci prezidenti Robert Koçaryan “5”ci kanala müsahibəsində deyib.

“Müharibə hamının danışıqlar prosesinin çıxılmaz vəziyyətdə qalmasına şübhə etmədiyi bir anda başladı. Maneələr yarandı, erməni tərəfinin günahı ucbatından hər şey uğursuz oldu. Ermənistan hakimiyyəti Qarabağda müharibə olması üçün hər şey etdi”-deyə, o bildirib.

Robert Koçaryan Ermənistanın hazırki baş naziri Nikol Paşinyanın həm hərbi, həm də diplomatık sahədə məğlub olduğunu deyib. Onun sözlərinə görə, 2020-ci ilin iyul ayında baş verən Tavuş döyüşləri də Ermənistan tərəfindən başladılıb.

“Bu döyüşlər bizim tərəfimizdən başladıldı. Qərargah rəisi 12 iyunda “biz döyüşlərə hazır deyilik” hesabatını göndərdikdən bir ay sonra müharibəyə başlamaq, bu hadisənin əhəmiyyətini şişirtmək, 70 əsgərə medal vermək, həm Azərbaycanı, həm də Türkiyəni məğlub etdiyimizi söyləmək – bu təxribat deyilsə, nədir?

İstinadlar Report