ABŞ-də prezident seçkilərində müstəqil namizəd kiçik Robert Kennedi Respublikaçılar Partiyasının namizədi Donald Trampı yalnız özünün məğlub edə biləcəyini açıqlayıb.

Bu barədə o, mətbuat konfransında ona ünvanlanan suala cavabında danışıb.

“Trampa qalib gələ biləcək başqa namizəd yoxdur. Ona qalib gələ biləcəyimə inanıram”, – Kennedi deyib.

Siyasətçi Tramp seçiləcəyi halda ABŞ-də vəziyyətin pisləşəcəyini bildirib.