Amerika aktyoru Robert De Niro Almaniyanin “Bild nəşrinə müsahibə verib.

Aktyor Donald Trampın ölkəyə rəhbərliyi şəraitində Birləşmiş Ştatların taleyindən narahat olduğunu bildirib.

De Niro Trampın hakimiyyəti ilə bağlı olan məmurların parodiyalarında iştirak edib. O, “Rusiya işi” üzrə xüsusi prokuror Robert Mülleri də parodiya edib.

“Trampı oynamaq üçün mənim rəğbətim çatmır”, – deyə De Niro ABŞ prezidentini parodiya etməməsinin səbəbini açıqlayıb.

Daha əvvəl məlum olub ki, Robert De Niro azərbaycanlı sahibkarın ticarət mərkəzində restoran açıb.

İstinadlar Report