Rusiyanın Yaponiyadakı səfiri Mixail Qaluzin və MDB-yə üzv dövlətlərin diplomatik missiyasının başçıları Tokio ətrafında Tama qəbiristanlığında dəfn edilən əfsanəvi kəşfiyyatçı Rixard Zorgenin məzarını ziyarət edib, önünə gül dəstələri qoyublar.

Məlumatı səfirlik feysbuk səhifəsində yayıb.

Rixard Zorge 1895-ci il oktyabrın 4-də Azərbaycanın paytaxtı Bakı şəhərində anadan olub. 1944-cü il noyabrın 7-də Tokioda vəfat edib.

O, Sovet Baş Kəşfiyyat İdarəsinin əməkdaşı, İkinci dünya müharibəsindən əvvəl, o illərdə Almaniya və Yaponiyada jurnalist adı altında xəfiyyə olaraq fəaliyyət göstərmişdi.

Zorge Ramzay ləqəbindən istifadə etmişdi. Rixard Zorgenin ən mühüm fəaliyyətlərindən biri 1940-1941-ci illərdə Yaponiyada əməliyyat xidmətində olarkən SSRİ mənbələrinə Adolf Hitler tərəfindən başladıla biləcək hücum barədə məlumat verməsidir.

O, “Barbarossa” əməliyyatından əvvəl SSRİ-ni xəbərdar etmişdi. 1941-ci ilin əvvəllərində Sovet mənbələri xəfiyyə tərəfindən Yaponiya birliklərinin yaxın zamanlarda hücuma keçməyəcəkləri ilə bağlı məlumatlandırılır. Göndərilən məlumat şərqdən hücum təhlükəsinin olmaması və bütün diqqətin qərb cəbhələrinə yönləndirilməsi ilə nəticələnir. 18 diviziya, 1 700 tank, 1500-dən çox döyüş təyyarəsi Sibir və Uzaq Şərqdən Üçüncü Reyxə qarşı həlledici döyüşlərin aparıldığı Moskva ətrafına cəmləşir.

İstinadlar Report