
Dünyaca məşhur biznes jurnalı olan “Forbes”də ABŞ-nin ən varlı qadınlarının siyahısı açıqlanıb.
Bu barədə jurnal məlumat yayıb.
Belə ki, 100 nəfərlik siyahıdakı 15 məşhurun ümumi sərvəti 13,3 milyard dollara çatıb. Bu da keçən illə müqayisədə 23 % çoxdur.
Sözügedən siyahıda yer alan məşhur simalardan biri müğənni Rihannadır. O, 1,4 milyard dollarlıq gəliri ilə ən zəngin qadınlar siyahısında 23-cü sırada qərarlaşıb. Müğənni Teylor Svift 1,3 milyard dollarlıq sərvəti ilə 24-cü, müğənni Beyonse 760 milyon dollarlıq səvəti ilə 45-ci sırada yer alıb.