“BMT Azərbaycan ərazilərinin minalardan təmizlənməsini dəstəkləyir”.

Bunu BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreyeva Ağdamda “Dayanıqlı İnkişaf Məqsədləri” və “Yeni Şəhər Gündəliyi” – postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi” mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, BMT-nin Azərbaycandakı nümayəndəliyi iqtisadiyyat, ətraf mühit və “Böyük Qayıdış” proqramına dəstək verməyə hazırdır.

V.Andreyeva əlavə edib ki, ümumiyyətlə, BMT-nin prioritetləri Azərbaycanın prioritetlərinə uyğundur.

İstinadlar Report