
ABŞ Federal Mülki Aviasiya İdarəsi (FAA) Vaşinqton səmasında baş verən aviaqəzadan sonra Ronald Reyqan Hava Limanı yaxınlığında helikopter uçuşlarını qadağan etmək niyyətindədir.
Bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.
FAA hava məkanının təhlükəsizliyinin yaxşılaşdırılması üzrə uzunmüddətli tədbirlər çərçivəsində helikopter uçuşlarına daimi məhdudiyyətlər tətbiq etmək istəyir.