ABŞ nümayəndə heyəti İsveçrədə keçiriləcək Sülh Sammitində iştirak edəcək.

ABŞ administrasiyasının nümayəndələri iyunun 15-16-da İsveçrənin Bürgenştok şəhərində Ukrayna üzrə keçiriləcək konfransda iştirak edəcəklər.

Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski sammitdə Sülh Formulunun on bəndindən yalnız üçünü müzakirəyə qoyacağını bildirib.

Onun sözlərinə görə, bir çox dövlətlər balanslı mövqe tutur və mürəkkəb məsələləri Rusiya tərəfinin iştirakı olmadan həll etmək istəmir. Bununla əlaqədar olaraq Ukrayna lideri fikir ayrılığına səbəb olan bəndləri çıxarmaq qərarına gəldiyini açıqlayıb.

İstinadlar Report