Bakıda xəstəxanada intihar hadisəsi baş verib.

Yasamal rayonu, M.Həsənov küçəsində yerləşən Respublika Klinik Xəstəxanasında müalicə alan Şabran rayon sakini, 1962-ci il təvəllüdlü C.Əzizov özünü pəncərədən atıb.

O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.