ABŞ-da Kapitoli polisi Respublikaçı konqresmen Endi Harrisin Nümayəndələr Palatasının iclas zalına tapança keçirməyə cəhd göstərməsi barədə məlumatları araşdırır.

Bu barədə NBC teleşirkəti məlumat verib.

“Təhlükəsizlik işçilərindən biri konqresmen Harrisin üzərində odlu silah olduğunu görüb və bu barədə rəhbərlərinə məlumat verib”, – Kapitoli polisinin nümayəndəsi teleşirkətə açıqlamasında bildirib. O vurğulayıb ki, Harris tapançanı iclas zalına apara bilməyib.

Keçən həftə Nümayəndələr Palatasındakı yeni parlament pristavı Timoti Blocett ABŞ-ın qanunverici orqanının alt palatasının iclas zalına girməmişdən əvvəl konqresmenlərin üzərinin metal detektorlarla axtarılmasını tələb edən qaydalar tətbiq edib.

İstinadlar Report