Ötən il Ermənistanı minlərlə insan tərk edib.

Məlumata görə, 2022-ci ilin yanvar-sentyabr aylarında ölkənin “Zvartnots” Beynəlxalq Hava Limanının sərnişin axını 2 milyon 593 min nəfəri ötüb. Hava limanına gələn sərnişinlərin sayı 1 293 612, gedənlərin sayı 1 299 789 nəfər olub.

Həmin dövrdə “Şirak” hava limanında sərnişinlərin ümumis sayı 42 640 nəfər təşkil edib. Hava limanına gələn sərnişinlərin sayı 20 567, gedənlərin sayı isə 22 073 nəfər olub.

Qeyd edilir ki, bu dövrdə ümumilikdə Ermənistana hava yolu ilə 1 314 179 nəfər gəlib, 1 321 862 nəfər isə ölkəni tərk edib.

İstinadlar Report