
Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı növbəti sanksiyalar paketi Rusiyanın energetika sektorunu əhatə edəcək.
Bu barədə Fransanın xarici işlər naziri Jan-Noel Barro “France Info” telekanalının efirində bildirib.
“16-cı sanksiya paketi əsasən Rusiyanın enerji resurslarını əhatə edəcək”, – o qeyd edib.
Nazirin sözlərinə görə, məhdudlaşdırıcı tədbirlər həmçinin “sanksiyalardan yayınmağa kömək edən ölkələrdəki bir sıra oyunçulardan” da yan keçməyəcək.