“Moskva Rusiya, Azərbaycan və Ermənistan liderlərinin üçtərəfli görüşünün keçirilməsini istisna etmir”.

Bunu Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko deyib. 

“Biz 2020-ci ilin 9 noyabr, 2021-ci ilin 11 yanvar və 26 noyabr üçtərəfli bəyanatlarının ən yüksək səviyyədə həyata keçirilməsi üçün bütün səviyyələrdə sistemli işi davam etdiririk. Liderləri daimi təmasdadırlar. Əgər belə bir ehtiyac yaranarsa, canlı görüşün təşkil edilməsini istisna etmirik”, – deyə Rudenko söyləyib.

İstinadlar Qafqazinfo