“Moskva ümid edir ki, Brüssel Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli razılaşmalarının reallaşmasına kömək edəcək, geosiyasi oyunlar həyata keçirməyə cəhd etməyəcək”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi sözçüsü Mariya Zaxarova bu gün keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Rusiyanın strateji məqsədi Cənubi Qafqazın sabitlik və çiçəklənmə zonasına çevrilməsi, bu prosesə töhfə verməsidir: “Bu yolda əsas tapşırıqlardan biri İrəvan və Bakı arasında münasibətlərin kompleks olaraq normallaşması, dayanıqlı sülhün qurulmasıdır”.

İstinadlar Qafqazinfo