
Belarusun Ermənistandakı səfiri Aleksandr Konyuk yaxın zamanlarda Minskə geri çağırılacaq.
Bu barədə məlumatı Belarus Xarici İşlər Nazirliyi yayıb.
Bildirilib ki, Belarus Ermənistanla münasibətləri pisləşdirmək niyyətində deyil.
“Bu gün Ermənistanda necə ağır daxili siyasi vəziyyətin yarandığını biz hamımız görürük. Əlbəttə, müxtəlif insanlar ciddi emosional yüklənmələrə fərqli dözüm nümayiş etdirirlər. Bunu anlaya bilərik”, – deyə Belarus XİN-in rəsmi nümayəndəsi Anatoliy Qlaz qeyd edib.
Xatırladaq ki, bu Ermənistan Belarusdakı səfiri Razmik Xumaryanı məsləhətləşmələr üçün İrəvana çağırdığını açıqlayıb.