Rəsmi İrəvan Ermənistanın Təbrizdə Baş Konsulluğunun açılacağı vaxtı bilmir.
Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi uyğun sorğuya cavabında bildirib.
Məlumata görə, bu ilin aprelində Ermənistan hökuməti Təbrizdə Baş konsulluğun açılmasına dair qərarı təsdiqləyib. Bundan başqa, baş konsulun əməkhaqqı 2 565 dollar məbləğində, yaxud Ermənistanın Tehrandakı səfirinin aylıq məvacibinin 5/6 hissəsi həcmində müəyyənləşib.