
Ermənistan Xarici İşlər Nazirliyi (XİN) Belarusa nota verib.
Bu barədə məlumatı Ermənistan XİN-in mətbuat katibi Ani Badalyan açıqlayıb.
Bildirilir ki, etiraz notası Belarus XİN-in mətbuat katibinin iyunun 13-də Ermənistanla bağlı etdiyi açıqlamaya görə verilib. Ermənistan XİN qarşı tərəfi ölkənin daxili işlərinə qarışmaqda ittiham edib.