“Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın etnik təmizləmə və “soyqırım” aktı törətmək niyyətində olması barədə növbəti dəfə absurd fikirlər səsləndirib”.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə Ermənistanın baş naziri Nikol Paşinyanın hökumətin iclası zamanı səsləndirdiyi fikirləri şərh edərkən deyib.

“Azərbaycan tarix boyu Ermənistanın azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınların qarşılığında heç zaman mülki əhalini hədəf almayıb. Ermənistanın terror və kütləvi qırğın siyasəti və əməlləri bütün sənədlərlə tarixin yaddaşına həkk olunub və bunu danmaq Ermənistanın bu əməllərdən imtina etmədiyini sübut edir”, – A.Hacızadə vurğulayıb.

İstinadlar Report