
Avropa İttifaqının (Aİ) oktyabrın 30-da yayımladığı “2024-cü il Türkiyə Hesabatı”nda xüsusilə siyasi meyarlar və daxili siyasi dinamika ilə bağlı ədalətsiz qiymətləndirmələrini rədd edirik.
Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda qeyd olunub.
Vurğulanıb ki, rəsmi Ankara Aİ-nin Türkiyə ilə əməkdaşlığı gücləndirmək istiqamətindəki səylərini məmnuniyyətlə qarşılayır: “Əlaqələrin yenidən canlandırılması Aİ-nin ciddi addımlar atmasını şərtləndirir. Mövcud regional və qlobal durum Türkiyə ilə Aİ münasibətlərində yeni baxış tərzininin formalaşmasını zəruri edir”.