Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev vətəndaşların qəbulu ilə əlaqədar növbəti səfəri çərçivəsində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən və Xızı rayonlarında yaşayan, informasiya texnologiyaları, innovasiyalar və rəqəmsal inkişaf sahəsində fəal olan gənclərlə görüşüb.

Görüşdə ölkəmizdə İKT sektorunda həyata keçirilən yeniliklər haqqında danışılıb.

İnnovasiya ekosisteminin qurulmasında gənclərin rolu haqqında fikir mübadiləsi aparılıb.


İstinadlar Qafqazinfo