YARAT Müasir İncəsənət Mərkəzində rəssam Rəşad Ələkbərovun fərdi sərgisinin açılışı olacaq.  

Rəssamın eksperiment çərçivəsindən kənara çıxmış “Özünsən!” adlı multidistiplinarı 10 iyun tarixindən etibarən nümayiş etdiriləcək. Girişi ödənişsiz olan sərgi bu ilin 30 dekabrına qədər davam edəcək. 

Qeyd edək ki, R. Ələkbərov çoxsaylı yerli və xarici sərgilərin müəllifidir. Əsərləri Tayvan, Səudiyyə Ərəbistanı, İsveçrə, Böyük Britaniyada, Moskva, Qazaxıstan və digər ölkələrdəki beynəlxalq sərgilərdə nümayiş etdirilib. O, Azərbaycanı 52, 55, və 56-cı Venesiya biennalesində təmsil edib. Rəssamın əsərləri Azərbaycan, Türkiyə, İtaliya və Rusiyada şəxsi kolleksiyalarda saxlanılır.

İstinadlar Qafqazinfo