AZƏRBAYCAN24
Dil seçimi:
Azərbaycanca
English
Pусский
Axtar
Son xəbərlər
  • Cırtdanboylulara əmək pensiyası təyin edilməsi qaydası dəyişir
  • Bakıda məktəb binasındakı yanğın söndürüldü – Video+Fotolar+
  • Ceyhun Bayramov Türkiyə Maarif Fondunun sədri Birol Akgünlə görüşüb
  • Stoltenberq: “Rusiya neft-qazından üz döndərmək Çindən yeni asılılıq yaratmamalıdır”
  • Tovuzda baş həkimin evi yandı – Fotolar
  • “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nda dəyişiklik edilib
  • Küləkli hava nə vaxta kimi davam edəcək?
  • ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib
  • Elman Rüstəmov Prezidentin fəxri diplomu ilə təltif edildi
  • Prokurorluq işçisi vəfat etdikdə ailə üzvlərinə şərti əmək pensiyası veriləcək
  • Ceyhun Bayramov Türkiyə Maarif Fondunun sədri Birol Akgünlə görüşüb
  • “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nda dəyişiklik edilib
  • Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
  • Azərbaycanın məqsədi məcburi köçkünlərin öz evlərinə qayıtmasıdır
  • Ümumdünya Şəhər Forumunun xüsusi sessiyasında postmüharibə dövründə bərpa məsələləri müzakirə edilib
  • Paşinyan: Azərbaycan Zəngəzur yolunun açılmasını ləngidir
  • Azərbaycanın İtaliyaya ixrac etdiyi fındıq geri qaytarılıb
  • Borrel: “Rusiyanın Kremençuqa zərbə endirməsi dinc sakinlərin həyatına laqeydlikdir”
  • 32 narkotacir tutulub – DİN – VİDEO
  • “Silk Way West Airlines” 2 yeni nəsil “Airbus A350F” sifarişini təsdiqləyib
  • Azərbaycanın məşhur elan saytlarının sahibi 1 milyard dollar itirdi
  • Finlandiya Prezidenti: “Türkiyə ilə nisbətən anlaşdıq”
  • Son 25 gündə 32 narkotacir tutulub, onlardan 90 kiloqram narkotik maddə aşkarlanıb
  • Bu günədək Ukrayna Türkiyədən 50-dək “Bayraktar” alıb
  • ANAMA uşaqlar üçün maarifləndirici ekskursiya təşkil etdi – Foto
  • “Müasir Azərbaycan dövlətinin ən güclü dönəmini yaşayırıq” – Elnur Allahverdiyev
  • Ana Səhifə
  • Xəbər
  • Hadisə
  • Sosial-iqtisadi
  • Maqazin
  • Multimedia
  • Texnologiya
  • İdman
  • Dünya
 
Rəşad Dağlını üzr istəməyə kim məcbur edib? – VİDEO
16/05/2022 17:05
Bakıda məktəb binasındakı yanğın söndürüldü – Video+Fotolar+
28/06/2022 19:12
32 narkotacir tutulub – DİN – VİDEO
28/06/2022 17:14
Həbsdə olan vəzifəli şəxsin ailəsindən 52 min alıblar – VİDEO
28/06/2022 16:08
Tovuzun bu kəndlərində elektrik şəbəkəsi yenidən qurulur – Video
28/06/2022 15:44
Gəncədə sənədsiz avtoservis məntəqəsinin tikintisinin qarşısı alınıb – VİDEO
28/06/2022 13:56
“Ağır sirrozdan sağalan xəstələrim var” – Qastroenteroloq Aqil Ağakişiyev – VİDEO
28/06/2022 11:03
Əlilliklə bağlı imtina alanlara xoş xəbər – Bu tarixdən qüvvəyə minir – VİDEO
28/06/2022 10:35
FHN: Ötən sutka 51 yanğına çıxış olub, 8 nəfər xilas edildi – Video
27/06/2022 15:38
Kəlbəcərdən Laçına çəkilən elektrik xətti – VİDEO
27/06/2022 14:23
Müdafiə naziri sərhəddəki erməni təxribatlarından danışdı – Video
27/06/2022 09:34
Paşinyan daha bir hərəkəti ilə gündəmdə – Video
26/06/2022 19:20
Bu çaydan sel keçdi – Video
26/06/2022 14:02
“Düşmənin qurduğu istehkamları bir anda keçdik” – Qalib ordunun zabiti – VİDEO
26/06/2022 09:18
Türkiyədəki meşə yanğınları tam nəzarət altına alınıb – VİDEO
25/06/2022 21:03
“Ordumuz Vətən müharibəsində mükəmməl döyüş taktikası nümayiş etdirdi” – Məhərrəm Əliyev – VİDEO
25/06/2022 19:32
Rusiyanın dini lideri Novorossiysk kilsəsində mərasim zamanı yıxılıb – VİDEO
25/06/2022 14:17

Video xəbərlər

  • Bakıda məktəb binasındakı yanğın söndürüldü – Video+Fotolar+
  • 32 narkotacir tutulub – DİN – VİDEO
  • Həbsdə olan vəzifəli şəxsin ailəsindən 52 min alıblar – VİDEO
  • Tovuzun bu kəndlərində elektrik şəbəkəsi yenidən qurulur – Video
  • Gəncədə sənədsiz avtoservis məntəqəsinin tikintisinin qarşısı alınıb – VİDEO

Sorğu

Müharibədə hansı ölkəni dəstəkləyirsiniz?

Nəticə

Loading ... Loading ...
  • Sorğu arxivi

Xəbər Lenti

28/06/2022
19:29 Cırtdanboylulara əmək pensiyası təyin edilməsi qaydası dəyişir
19:12 Bakıda məktəb binasındakı yanğın söndürüldü – Video+Fotolar+
19:08 Ceyhun Bayramov Türkiyə Maarif Fondunun sədri Birol Akgünlə görüşüb
19:02 Stoltenberq: “Rusiya neft-qazından üz döndərmək Çindən yeni asılılıq yaratmamalıdır”
18:59 Tovuzda baş həkimin evi yandı – Fotolar
18:53 “Dövlət qulluqçularının əmək pensiyasının yenidən hesablanması Qaydaları”nda dəyişiklik edilib
18:52 Küləkli hava nə vaxta kimi davam edəcək?
18:50 ABŞ Rusiyaya qarşı sanksiyalar siyahısını genişləndirib
18:44 Elman Rüstəmov Prezidentin fəxri diplomu ilə təltif edildi
18:41 Prokurorluq işçisi vəfat etdikdə ailə üzvlərinə şərti əmək pensiyası veriləcək
18:38 Prezidentin təltif etdiyi hərbçilərə ali hərbi rütbələr təqdim edilib
18:38 Əli Əsədovun gürcü həmkarı ilə telefon danışığı oldu
18:35 Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:29 Xalidə Kəngərlinin intiharı ilə bağlı cinayət işi açıldı
18:28 Azərbaycanın məqsədi məcburi köçkünlərin öz evlərinə qayıtmasıdır
18:26 Hansı halda pensiya əvəzinə müavinət təyin ediləcək?
18:22 Ümumdünya Şəhər Forumunun xüsusi sessiyasında postmüharibə dövründə bərpa məsələləri müzakirə edilib
18:20 Zərərli və ağır işlərdə çalışanların pensiyaya çıxma şərtləri yüngülləşdirilir
18:14 Bu gün neçə vaksin vurulub?
18:13 Rusiya Prezidenti Tacikistanda səfərdədir
18:11 Hərbçilərə yaşa görə əmək pensiyası təyin edilməsi qaydasına dəyişiklik edilib
18:10 Son sutkada COVID-19-dan ölən olmayıb
18:08 Bu xəstəlikləri olanlar pensiya alacaq
18:05 Azərbaycan İtaliya şirkəti ilə energetika sahəsində əməkdaşlığı müzakirə edib
17:56 Bu şəhər 2023-cü ildə İslam ölkələrinin turizm paytaxtı seçildi
17:53 Prezidentdən Alla Vəzirova ilə bağlı – Sərəncam
17:44 Fransa Ukraynaya yeni zirehli transportyorlar göndərəcək
17:40 Paşinyan: Azərbaycan Zəngəzur yolunun açılmasını ləngidir
17:38 Azərbaycanın İtaliyaya ixrac etdiyi fındıq geri qaytarılıb
17:29 Emmanuel Makron: “Ukraynada müharibənin ilin sonunadək bitəcəyiə ümid edirəm”
17:27 Qırğızıstanın keçmiş Prezidenti iğtişaşlarla bağlı cinayət işi üzrə bəraət alıb
17:26 Tənzilə Narbayeva Azərbaycana rəsmi səfərə gəldi
17:25 Bakıda məktəb yanır
17:23 Qazaxıstan Azərbaycandan xurma tədarükünü kəskin artırıb
17:20 Borrel: “Rusiyanın Kremençuqa zərbə endirməsi dinc sakinlərin həyatına laqeydlikdir”
17:17 Azərbaycan nümayəndə heyəti “UN-Habitat” ilə əməkdaşlığın inkişaf etdirilməsi perspektivlərini müzakirə edib
17:14 32 narkotacir tutulub – DİN – VİDEO
16:52 Cəlilabad və Biləsuvarda neçə nəfəri ilan sancıb?
16:49 İntihar edən ginekoloqun əri ilə problemləri olub – Yeni detallar
16:47 Azərbaycanda yeni medal təsis edildi
16:44 Azərbaycanda builki taxıl yığımının həcmi 1,4 milyon tona yaxınlaşıb
16:38 Rusiya vətəndaşları Azərbaycana qanunsuz taxta-şalban ixracında ittiham olunur
16:35 Ağstafada 16 yaşlı oğlan süni göldə boğulub
16:32 “Silk Way West Airlines” 2 yeni nəsil “Airbus A350F” sifarişini təsdiqləyib
16:26 Təhlükə potensiallı obyektlərdə təhlükəsizlik məsələləri müzakirə edildi – Fotolar
16:17 “Şərqi Azəri” platformasının profilaktik işlər proqramı başa çatıb
16:13 Azərbaycanın məşhur elan saytlarının sahibi 1 milyard dollar itirdi
16:11 Aşqabadda Xəzəryanı ölkələrin xarici işlər nazirlərinin görüşü olub
16:08 Həbsdə olan vəzifəli şəxsin ailəsindən 52 min alıblar – VİDEO
15:56 Mingəçevirdə STEAM Mərkəzi istifadəyə verildi – Fotolar
15:44 Tovuzun bu kəndlərində elektrik şəbəkəsi yenidən qurulur – Video
15:38 Cəlilabadda kartof kəskin ucuzlaşıb, məhsul əkin sahələrində çürüyür
15:35 Finlandiya Prezidenti: “Türkiyə ilə nisbətən anlaşdıq”
15:32 İlham Əliyev Qaribaşviliyə zəng etdi
15:29 Sahibkarlığın İnkişafı Fondu maliyyələşməni 76% artırıb
15:20 12 nəfəri gün vurub
14:59 Son 25 gündə 32 narkotacir tutulub, onlardan 90 kiloqram narkotik maddə aşkarlanıb
14:56 Bu günədək Ukrayna Türkiyədən 50-dək “Bayraktar” alıb
14:43 Gürcüstan bu məhsulların ixracına qadağa qoydu
14:41 Füzulidə yanğın olub, xəsarət alan var

Əvvəlki xəbərlər

Facebook-da izləyin

Rəşad Dağlını üzr istəməyə kim məcbur edib? – VİDEO

Multimedia 16/05/2022 17:05
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Masallıda toyda Rəşad Dağlı “sənəti naqruskadadı” qafiyəsində meyxana deyərkən belə bir misra istifadə etdi: “Xomeyni çöküb qalıb, Behcəti naqruskadadı”. Bu gün isə Rəşad Dağlının üzr videosu yayıldı.

O, videoda deyir ki, qafiyənin uyğunsuzluğu, tələskənlikdən fikrini düzgün ifadə edə bilməyib. Bu da dindarların qəzəbinə tuş gəlib.

Doğrusu, dindarlar həmin qəzəbi harada ifadə ediblər, ondan xəbərim yoxdur, ola bilsin ki, birbaşa Rəşadın özü ilə danışıblar.

Narahatlıq doğuran məqam isə başqadır.

Bu öz yerində ki, qafqazlıların üzr istəmək problemi var, o cümlədən də bizim ölkə vətəndaşlarının. Bəzən üzrlə bitəcək xırda bir məsələ şişirdilir, ölümlə nəticələnir. Hər addımımızla kiminsə haqqına girdiyimiz bu dünyada üzr istəməkdən gözəl nə var ki? 

Lakin bir sənət adamının – Azərbaycanın ən tanınmış şəxslərindən olan Rəşad Dağlının qəribə səbəblə üzr istəməsi narahatlıq doğurur.

Axı Rəşad həmin cümlədə dinə aid zarafat, tənqid, təhqir etməyib!

Oradakı zarafat şəxslərlə bağlıdır, həm də zarafat öldürücü, təhqiramiz deyil. Bir tanınmış azərbaycanlı müasir İran ilahiyyatçı-siyasətçisi haqqında dediyi yüngül zarafata görə niyə xalq qarşısına çıxarılıb üzr istədilir? Axı burada nə din, nə peyğəmbər, nə ölkəmizdə həssas mövzulardan olan əhli-beytə nəsə deyilir!

Oxumağa dəyər:   Rusiya Ukraynanın iki şəhərini atəşə tutub, ölən və yaralananlar var

Niyə qonşu ölkənin keçmiş Prezidenti, müasir ilahiyyatçıları haqqında xırda zarafat edən sənət adamımız kütlə qabağında sındırlır?

Ona üzr istədənlər kimlərdir?

Həmin bənd deyiləndə, demək olar ki, toydakıların hamısı bu bəndə gülür, alqışlayırlar. Bəs, Rəşad Dağlının nəzərdə tutduğu “mömin qardaşlar” kimlərdir?

Seyyid Əzim Şirvanini məsciddə tapdalayıb öldürənlər hələdəmi yaşayırlar, sağdırlar?

Axı Azərbaycan şəriət qaydaları ilə idarə olunan bir ölkə deyil ki, onun sənət adamı da qonşu ölkənin ayətullahı haqqındakı xırda zarafatına görə üzr istədilsin…

Təbii, Xomeyni, Behcət sanballı şəxsiyyətlərdəndir. Ancaq onları İranda belə tənqid edənlər var. O da qaldı sekulyar ölkə olan Azərbaycanda. Ümumiyyətlə, o adamların həyat tərzi ilə yaxından tanış olanlar yaxşı bilirlər ki, nə qədər mütəvazi şəxslər olublar və əmin olun ki, dəfələrlə bu cür müdafiə olunduqları üçün narahatlıq ediblər. Tənqidə açıq olublar.

Sekulyar ölkə olan Azərbaycanda bu gün Məhəmməd Əmin Rəsulzadə, Əli bəy Hüseynzadə, Mirzə Fətəli Axundov, Mirzə Ələkbər Sabir tənqid olunursa, onları tənqid edənləri kimsə üzrə məcbur etmirsə, niyə qonşu İslam ölkəsinin analoji şəxsiyyətləri haqqında deyilən xırda zarafatın bədəli üzr videosu olmalıdır?

Oxumağa dəyər:   Bu gün ABŞ və İran nümayəndələri arasında görüş olacaq

Belə olduğu halda xurafatı şişirdib gözümüzə soxanlar kimlərdir?

Niyə günü-gündən biz xurafat ölkəsinə çevrilirik?

Niyə dinin gözəl simasından pay almırıq, ancaq şişirdilmiş qadağaları yavaş-yavaş Azərbaycanın bağrına sancılır?

İran İslam ölkəsidir və burada xeyli şəriət qanunları mövcuddur. Bu, onların öz işidir, daxili prosesdir. Ancaq başqa bir ölkənin qanunları, ənənələri, mentaliteti bizim ölkəyə keçirsə, mətbəximizə daxil olursa, qanunlarımıza təsir edirsə, narahat olmalıyıq.

Ümumiyyətlə, adamları kütlə qarşısına çıxarıb üzr videosu çəkdirmək niyə dəbə çevrilir? Konstitusiyası, qanunu, cəza üsulları bəlli olan bir ölkədə kütlə qarşısında üzr videosu yaymağa məcbur edilmək qanunsuzluq deyilmi?

Yazının motivinə aid olmayan bir məqam da diqqətimi çəkdi; həmin qafiyəni Rəşadın qulağına Orxan Lökbatanlı deyir, bu məqamı növbəti bəndi deyən Rəhman Basılmaz da təsdiqləyir. Orxan isə bir müddət əvvəl “ləzgi-tatar” məsələsinə görə üzrə məcbur edilmişdi. Bu məqamın şərhini də sizə buraxıram.

Oxumağa dəyər:   Azərbaycan İtaliya şirkəti ilə energetika sahəsində əməkdaşlığı müzakirə edib

Son məqam isə meyxananın hər gün bir az da dinin içinə girməsi və bu səbəbdən də sənət simasını itirməsidir.

Nə qədər ki, meyxananın fonunda din duracaq, o günə qədər də meyxana sənət olmaqdan uzaqda qalacaq. Çünki sənət azad, cürətli bir platformadır. Sərhədli, qadağalı mövzular sənətin bayrağı ola bilməz.

Meyxana tarixinin gəlmiş-keçmiş ən tanınmış, məşhur nümayəndəsi olan Rəşad da öz sənətini bu müstəvidə görür, sözünə görə üzr videosu paylaşırsa, meyxanadan yaxın əlli ildə nəsə gözləmək sadəlövhlükdür.

Sərdar Amin

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bakıda məktəb binasındakı yanğın söndürüldü – Video+Fotolar+

Multimedia 28/06/2022 19:12
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bakının Sabunçu rayonu, Sabunçu qəsəbəsində orta məktəb binasında yanğın başlayıb.

“112” qaynar telefon xəttinə Sabunçu qəsəbəsində orta məktəb binasında yanğın olması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

Fövqəladə Hallar Nazirliyi Sabunçuda məktəb binasında baş verən yanğın barədə məlumat yayıb.

Bildirilib ki, hazırda yanğınla mübarizə tədbirləri davam edir. Yanğının söndürülməsinə müşahidə olunan güclü külək və məktəbin dam örtüyünün bəzi yerlərdə taxta konstruksiyalardan ibarət olması mane olur. İnsan həyatı və sağlamlığı üçün hər hansı təhlükə yoxdur.

Əlavə məlumat veriləcək.

***

Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində orta məktəb binasında baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən söndürülüb.

Müşahidə olunan güclü küləyə, habelə məktəbin mərtəbəlarası örtüyünün bəzi yerlərdə taxta konstruksiyalardan ibarət olmasına baxmayaraq, yanğınsöndürənlər tərəfindən görülmüş təcili və təxirəsalınmaz tədbirlər sayəsində yanğının daha geniş əraziyə yayılmasına imkan verilməyib.

Oxumağa dəyər:   Ukrayna Baş Qərargahı: "Qırıcı təyyarələrimiz qarşı tərəfin mövqelərinə güclü zərbələr endirib"

Yanğın nəticəsində ümumilikdə təxminən 1100 kv.m sahəsi olan dam örtüyünün 700kv.m hissəsi və 2 sinif otağı yanıb, digər sinif otaqları və dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub.



İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

32 narkotacir tutulub – DİN – VİDEO

Multimedia 28/06/2022 17:14
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən son günlərdə 32 narkotacir tutulub, onlardan 90 kiloqram narkotik maddə aşkar edilib.

Paytaxt və bölgələrdə son 25 gündə keçirilən əməliyyatlarla sosial şəbəkələr vasitəsi ilə vətəndaşları narkokuryerliyə cəlb edən və onlayn yolla satış həyata keçirən mütəşəkkil dəstənin daha 32 üzvü saxlanılıb. Onlardan 90 kiloqram narkotik vasitə və psixotrop maddə, 2815 ədəd psixotrop tərkibli həb və 75 ədəd kultivasiya edilərək yetişdirilən çətənə kolu aşkar edilib.

Yardımlı, Masallı, eləcə də paytaxtın Qaradağ rayonlarındakı əməliyyatlar zamanı Amid Ağayev, İbrahim Ələsgərov, Mais Əliquliyev və tanışı Hüseyn Məmmədov tutulublar. Bu şəxslərdən, idarə etdikləri avtomobillərdən, eləcə də yaşadıqları evlərdən ümumilikdə 47  kiloqram yüksək təsiredici narkotik maddə, o cümlədən 28 kiloqram heroin, 8 kiloqram metamfetamin, 7 kiloqram tiryək, 4 kiloqram marixuana, psixotrop tərkibli həblər, elektron tərəzilər, narkotik vasitələrin satışından əldə etdikləri pul vəsaitləri və onlayn satış zamanı istifadə etdikləri plastik kartlar aşkar edilib. Adları çəkilən 4 nəfər qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik vasitələri Azərbaycan ərazisində qəbul edərək satışını təşkil etməli imişlər. Onların məqsədi narkotik vasitələri satmaqla yanaşı, sosial şəbəkələrdə müxtəlif videoşantaj, narkotik vasitə istifadəçilərinə “qayğı” göstərmək və pulsuz narkotik vasitə təklif etmək yolları ilə iradəsi zəif olan şəxsləri narkokuryerliyə cəlb etmək olub.

Oxumağa dəyər:   Ukrayna Baş Qərargahı: "Qırıcı təyyarələrimiz qarşı tərəfin mövqelərinə güclü zərbələr endirib"

Baş İdarənin paytaxt, eləcə də Respublikanın digər bölgələrindən həyata keçirdiyi əməliyyatlar zamanı narkotik vasitələrin satışını təşkil edən daha 28 nəfər saxlanılıb. Onlardan 43 kiloqram heroin, metamfetamin, elektron tərəzilər, ekstazi, metadon həbləri, narkotik vasitələrin onlayn satışı, həmçinin pul dövriyyəsini təşkil etmək üçün istifadə olunan plastik kartlar aşkar olunub.

Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, narkotiklərin qanunsuz dövriyyəsində təqsirli bilindikləri üçün saxlanılan şəxslərin hər biri barəsində məhkəmələrin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həbsdə olan vəzifəli şəxsin ailəsindən 52 min alıblar – VİDEO

Multimedia 28/06/2022 16:08
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Korrupsiyada təqsirləndirilən və ötən il Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmlə 11 il həbs cəzası alan Azərbaycan Dövlət Nəfəs alətləri orkestrinin bədii rəhbəri Lütfi Qədirovun ailəsi dələduzluqla qarşılaşıb.

Məlumata görə, L.Qədirovun qardaşı və həyat yoldaşı ibtidai istintaq və məhkəmə prosesi zamanı onun həbsdən azad edilməsi, daha yüngül cəza almasına nail olmaq məqsədilə keçmiş polis zabiti, 1969-cu il təvəllüdlü Xanlar Əliyevə 52 500 manat pul veriblər. X.Əliyev vəd etdiyi işi 100 min manata həll edəcəyini, Lütfi Qədirovun azadlığa çıxmasından sonra onun ailəsindən daha 50 min manat alacağını bildirib. L.Qədirovun ailəsi də bu vədlə razılaşıb.

L.Qədirovun məhkəmələrində iştirak edən, onu yüksək vəzifəli şəxslərin vasitəsilə həbsdən azad etdirəcəyini bildirən Xanlar Əliyev vədinə əməl etməyib. Belə ki, L.Qədirova məhkəmənin hökmü ilə 11 il həbs cəzası verilib. Bundan sonra zərərçəkmiş tərəf prokurorluğa müraciət edib.

Oxumağa dəyər:   ANAMA minaaxtaranları üçün Zəngilanda yeni mobil sahə düşərgəsinin açılışı olub

Araşdırmalar zamanı məlum olub ki, L.Qədirovun qardaşı Şirxan Qədirov Xanları sinif yoldaşı Əlifəttah vasitəsi ilə tapıb. Əlifəttah əvvəllər polis orqanlarında işləyib, hazırda isə onunla balıq ticarəti ilə məşğul olan Xanların bu işi müsbət həll edə biləcəyini deyib və tərəflər arasında vasitəçilik edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Xanlar və Əlifəttah Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq-külli miqdarda ziyan vurmaqla) və 32.4,312.2-ci (rüşvət vermədə iştirak) maddələri ilə təqsirləndiriliblər. Məhkəmənin 21 iyun 2022-ci il tarixli hökmü ilə Xanlar Əliyevə 8 il həbs cəzası verilib. Tərəflər arasında vasitəçilik etmiş Əlifəttaha qarşı isə 8 min manat cərimə cəzası tətbiq edilib.

Xatırladaq ki, ötən il Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycan Dövlət Nəfəs Alətləri Orkestrinin uzun illər bədii rəhbəri olmuş Lütfi Qədirova 11 il həbs cəzası verilib. Məhkəmənin qərarı ilə iş üzrə təqsirləndirilən Orkestrin təsərrüfat işləri üzrə müdiri olmuş Nəzakət Zairova isə şərti cəza alıb.

Oxumağa dəyər:   "Ağır sirrozdan sağalan xəstələrim var" - Qastroenteroloq Aqil Ağakişiyev - VİDEO

Lütfi Qədirov qarşı qaldırılan 355 minlik mülki iddia da təmin edilib.

Nizam Rza

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Tovuzun bu kəndlərində elektrik şəbəkəsi yenidən qurulur – Video

Multimedia 28/06/2022 15:44
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Azərişıq” ASC ölkənin bütün regionlarında yenidənqurma işlərini davam etdirir.Tovuz rayonunun Qaradaş və Səfərli kəndlərinin elektrik şəbəkəsi yenidən qurulur.

Yenidənqurma işləri çərçivəsində 83 abonenti olan Qaradaş kəndində 5 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 13 km-a yaxın 10 kV-luq, 11 km-dan çox 0,4 kV-luq elektrik xətti yenilənəcək.

Tovuzun Səfərli kəndində də yenilənmə işlər davam etdirilir. 95 abonenti olan kənd ərazisində 4 ədəd komplekt transformator məntəqəsi quraşdırılacaq. 17 km-dan çox 10 kV-luq, 14 km-dan artıq 0,4 kV-luq elektrik xətti dəyişdiriləcək.

Hər iki kənddə elektrik sayğacları yenisi ilə əvəz olunacaq.

Qaradaş və Səfərli kəndləri ilə yanaşı, rayonun Qandallar və Papaqçılar kəndlərində də işlər aparılır. 4 kənddə yenidənqurma yekunlaşdıqdan sonra ümumilikdə 359 abonent keyfiyyətli, dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin ediləcək. 

Xatırladaq ki, investisiya layihəsi bütün regionlarda 100-dən çox kəndi əhatə edir. İşlərin davam etdiyi və yekunlaşdığı digər kəndlər barədə də silsilə məlumatlar təqdim edəcəyik. 

Oxumağa dəyər:   Rusiya Ukraynanın iki şəhərini atəşə tutub, ölən və yaralananlar var

 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Gəncədə sənədsiz avtoservis məntəqəsinin tikintisinin qarşısı alınıb – VİDEO

Hadisə 28/06/2022 13:56
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin mütəxəssisləri tərəfindən Gəncə şəhəri, Ş.İ.Xətai prospektində vətəndaş Kərimov Kamil Elbrus oğlu tərəfindən müvafiq icazəverici sənədlər olmadan avtoservis məntəqəsinin tikintisinin aparılması faktı aşkar edilib.

FHN-dən verilən məlumata görə, göstərilən məsələ ilə əlaqədar FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tərəfindən həyata keçirilən tədbirlər nəticəsində qanunsuz tikinti işləri dayandırılıb və obyekt nəzarətə götürülüb.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Ağır sirrozdan sağalan xəstələrim var” – Qastroenteroloq Aqil Ağakişiyev – VİDEO

Multimedia 28/06/2022 11:03
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Könül Cəfərli ilə “Peşəkar həkim” layihəsinin növbəti qonağı “Olimp Hospital”ın direktoru, yüksək ixtisaslı qastroenteroloq-hepatoloq, invaziv endoskopist Aqil Ağakişiyevdir. Müsahibimiz qaraciyər sirrozu  haqqında suallarımızı cavablandırıb.

“Qafqazinfo” müsahibəni təqdim edir:

Arayış

Peşəkar qastroenteroloq-hepatoloq, invaziv endoskopist Aqil Ağakişiyev 2009-cu ildə Azərbaycan Tibb Universitetini bitirib. 2007-2008-cu illərdə Türkiyə Respublikasının Hacettepe Unversitetində, 2009-2010-cu illərdə 3 saylı Şəhər Klinik Xəstəxanasında qastroenterologiya üzrə ixtisasartırma kursları, 2010-2013-cü illərdə Qaziantep Universitetində qastroenterologiya-hepatalogiya üzrə üst ixtisas təcrübəsi keçib. O, Avropa Qaraciyər Araşdırmaçılar Cəmiyyətinin (EASL), Asiya-Sakit Okean Ölkələri Qaraciyər Araşdırmaçılar Cəmiyyətinin  (APASL) üzvüdür. Böyük Britanya, İspanya, Fransa, İtalya, Hollandiya, Avstrya, Almaniya, Polşa, Yunanıstan da daxil olmaqla dünyanın 20-dən çox ölkəsində keçirilmiş beynəlxalq konfrans və təlimlərdə iştirak edib.

Dr. Aqil Ağakişiyev Hepatit (B,C,D) virusları, qaraciyər sirrozu, mədəaltı vəzi, öd kisəsi və öd yolları xəstəlikləri,  Kron xəstəliyi, ülseratif kolit (xoralı kolit) kimi bütün növ mədə-bağırsaq xəstəliklərini beynəlxalq protokollar əsasında yüksək peşəkarlıqla müalicə edir. Eləcə də endoskopiya, kolonoskopiya, qaraciyər biopsiyası, polipektomiya, qida borusu varis bant liqasiyası, mədə qanaxmalarının endoskopik müalicəsi (APC, klips, skleroterapiya), EUS (Endoskopik Ultro Sonoqrafiya), EMR (Endoskopik Mukozal Rezeksiya), ESD (Endoskopik Submukozal Diseksiya), ERXP (Endoskopik Retorqrad Xolongiyo Pankreatoqrafiya) – öd kanalında yaranan xəstəliklərin müasir diaqnostikası və müalicəsində tətbiq edilən xüsusi əməliyyat da daxil olmaqla bir sıra tibbi prosedurları uğurla icra edir.

Dr. Aqil Ağakişiyev 2013-2015-ci illərdə “MediStyle Hospital”ın həkim-qastroenteroloqu, 2015-2019-cu illərdə “Avrasiya Hospital”ın həkim-qastroenteroloqu, şöbə müdiri, 2019-2021-ci illərdə “Ege Hospital”ın həkim-qastroenteroloqu, baş həkimi kimi çalışıb.

2021-ci ildən “Olimp Hospital”ın direktoru vəzifəsində çalışan Dr. Aqil Ağakişiyev burada da həkim-qastroenteroloq fəaliyyətinə davam edir. 

-Qaraciyər sirrozu nədir?

-El arasında daha çox qaraciyər daşlaşması, bərkiməsi kimi tanınan sirroz qaraciyərin fibrozlaşması nəticəsində yaranan xroniki xəstəlikdir. Qaraciyərin bütün xroniki xəstəlikləri kimi, sirroz da gizli, səssiz formada inkişaf edərək zamanla qaraciyər çatışmazlığına gətirib çıxarır.

-Qaraciyər sirrozu necə yaranır?

-Hər hansı bir səbəbdən, məsələn, hepatit viruslarının təsiri ilə qaraciyərdə iltihablaşma yaranır. Zamanla hüceyrə ölümü artır və qaraciyər  fibrozlaşmağa, yəni bərkiməyə başlayır. İlkin mərhələdə kompanse sirroz əmələ gəlir. Bu nədir? Virus və otoimmun hepatitlər, qaraciyər yağlanması, alkol,  vilson xəstəliyi, sitomeqalovirus və digər infeksiyalar, alkol kimi xarici təsirlərə məruz qalan qaraciyər ilkin mərhələdə özünü bərpa etməyə çalışır və gücə düşdüyü üçün şişməyə başlayır. Bunu qaraciyərin ultrasəs müayinəsi zamanı müşahidə etmək olur. Lakin sirrozu yaradan səbəblər aradan qaldırılmazsa, müəyyən vaxt sonra qaraciyər tamam gücdən düşür, artıq özünü bərpa edə bilmir. Nəticədə xəstəlik daha da ağırlaşmış mərhələyə – dekompanse sirroza keçir. Bu zaman qaraciyər tədricən yığılmağa, bərkiməyə başlayır.

Oxumağa dəyər:   Azərbaycan İtaliya şirkəti ilə energetika sahəsində əməkdaşlığı müzakirə edib

-Bu halda qaraciyər funksiyasını tamamilə itirir?

-İlkin mərhələdə, yəni kompanse sirroz zamanı qaraciyər funksiyasını tamamilə itirmir, özünü kənar təsirlərdən qorumağa çalışır. Lakin gücə düşdüyü üçün hüceyrə ölümü başlayır və orqan 3-5 sm ölçüdə böyüyür. Belə bir hal aşkar edilərsə, müalicə olunmaq zəruridir. Düzgün müalicə ilə sirrozu bu mərhələdə sağaltmaq mümkündür. Çünki hələ funksiyasını tamamilə itirməyib və özünü nisbətən bərpa edə bilir. Lakin pasiyent müalicə almazsa, xəstəlik daha da ağırlaşır, qaraciyər hüceyrələri fibroz toxuması ilə əvəz olunur, fibrozlaşma əmələ gəlir. Böyümüş qaraciyər bu dəfə yığılmağa başlayır ki, el arasında buna qaraciyərin daşlaşması deyilir.

-Qaraciyər sirrozu tamamilə sağalırmı?

-Kompanse sirrozu müalicə ilə tamamilə sağaltmaq olur. Xəstəliyi yaradan səbəbləri aradan qaldıra biləriksə, uzunmüddətli müalicə ilə qaraciyəri tamamilə bərpa etmək mümkündür. Lakin xəstəliyin dekompanse mərhələsində buna nail ola bilmirik və qaraciyər funksiyasını tamamilə itirir. Nə qədər qaraciyəri dəstəkləyən müalicələr təyin etsək də, xəstəliyi yaradan səbəbləri aradan qaldıra bilmədiyimiz üçün orqan özünü bərpa edə bilmir. Belə təqdirdə ən yaxşı halda pasiyenti orqan nəqlinə yönəltməli oluruq. Lakin onu da qeyd edim ki, hər pasiyentdə də orqan nəqli mümkün deyil. Yaş, sosial vəziyyət, xərçəng faktoru kimi bir sıra səbəblərdən bəzi xəstələrə qaraciyər köçürülə bilmir. Belə pasiyentlərə, sadəcə, ömrünü uzada biləcək müalicələr təyin edirik.

-Aradan qaldıra bilmədiyiniz səbəblər hansılardır?

-Hepatit B və C çox asanlıqla müalicə olunan viruslardır. Lakin pasiyent Hepatit D virusuna yoluxubsa, sağalda bilmirik. Düzdür, müasir tibbdə bu virusun müalicəsi ilə bağlı geniş tədqiqatlar aparılır. Lakin hələ ki bir nəticə əldə olunmayıb və günümüzdə Hepatit D-nin müalicəsi yoxdur. Odur ki, bu virusun təsiri ilə yaranan sirrozların da qarşısını ala, qaraciyəri fibrozlaşmadan tam qoruya bilmirik. Sadəcə, dəstəkləyici müalicələrlə qaraciyərə kömək etməyə, ömrünü uzatmağa çalışırıq. Eləcə də başqa müalicəsi mümkün olmayan səbəblərdən yaranan sirrozlarda effekt əldə etmək mümkün olmur.

Oxumağa dəyər:   Aydın Kərimov: "Şuşanı bərpa etməklə şəhərin tarixini qoruyub saxlayırıq"

-Qaraciyər sirrozunun diaqnostikası necə aparılır?

-Bunun üçün bir neçə zəruri təhlillər aparılmalıdır. Ultrasəs müayinəsi (UZİ)  zamanı qaraciyərin və dalağın ölçülərində böyümə, venalarında genişlənmə müşahidə edilərsə, bunu sirrozun əlamətləri kimi dəyərləndirə bilirik. Çünki sirroz zamanı dalaq da gücə düşür və böyüyür. UZİ bizə xəstəliklə bağlı ilkin məlumat verə bilir. Lakin bu, tamamilə yetərli deyil. Sirrozun təyini üçün müəyyən laborator təhlillər aparılır, endoskopiya vasitəsilə qida borusunda varikozların əmələ gəlib-gəlməməsi də yoxlanılır. Çünki varikozların üç mərhələsi var. Varikozların artması portal hipertenziyanın ağırlıq dərəcəsini göstərir. Portal hipentenziya portal venadakı təzyiqin ölçülməsi ilə təyin olunur ki, bu da qızıl standart hesab edilir. Günümüzdə bu sahə üzrə texniki imkanlar məhdud olduğu üçün endoskopiyanın nəticəsinə əsasən portal hipertenzeniyanın ağırlıq dərəcəsi təyin edilir. Eləcə də daha ağır hallarda pasiyenti kompüter tomoqrafiya müayinələrinə də yönəldirik. Bütün bu müayinə və təhlillərin ümumi dəyərləndirilməsi nəticəsində qaraciyər sirrozu təyin olunur.

-Bəs sirrozun əlamətləri nələrdir? Həkimə nə zaman müraciət etməli?

-Sirrozun yaranma səbəbindən asılı olaraq, kompanse sirroz halsızlıq, yorğunluq, iştahsızlıq, çəkinin azalması, hərarətin tez-tez yüksəlməsi, sarılıq, qaşıntı, sidiyin rənginin tündləşməsi, nəcisin ağ rəngdə olması kimi əlamətlərlə özünü büruzə verir. Dekompanse sirroz zamanı isə pasiyentdə kəskin sarılıq, hepatik ensefalopati, vücudun şişməsi, qarın boşluğuna maye yığılması, həzm sistemində olan varikoz damarların qanaması kimi hallar baş verir. Çox vaxt xəstəlik heç bir şikayət olmadan inkişaf edir. Məsələn, müayinə zamanı pasiyentin qarın boşluğunda 5-10 litr maye aşkar olunduğu halda xəstə heç bir şikayətinin olmadığını bildirir. Qaraciyərdəki xəstəliklər bir çox hallarda gizli və səssiz gedir. Odur ki, sirroz əksər vaxt ağırlaşmış mərhələdə aşkar edilir.

-O zaman heç bir şikayəti olmayan hər kəs vaxtaşırı müayinə olunmalıdır?

-Hər kəsin deyil, risk qrupuna daxil olan şəxslərin vaxtaşırı müayinəsi önəmlidir. Məsələn, ailədə kimsədə hepatit varsa, yaxın qohumunu qaraciyər sirrozundan itiribsə, çox alkoqol qəbul edirsə, şəkərli diabet xəstəliyindən əziyyət çəkirsə, uzun müddət xərçəng, revmatoloji  xəstəliklər və infeksiya əleyhinə dərmanlar, antidepresantlar qəbul edirsə, heç bir şikayəti olmadığı halda da qaraciyərlə bağlı müayinələrdən keçməsi tövsiyə olunur.

Oxumağa dəyər:   Bu gün ABŞ və İran nümayəndələri arasında görüş olacaq

-Ən ağır sirrozları da müalicə edirsiniz?

-Bəli, ilkin, orta ağır və ağır mərhələlərdə olan sirrozları müalicə edirəm. Bu diaqnozla mənə müraciət edən xeyli pasiyentim var. Qaraciyər sirrozu digər xroniki xəstəliklər kimi, uzunmüddətli müalicə, hər bir xəstəyə fərdi yanaşma tələb edir. İlkin və orta ağır sirrozları dərman müalicəsi ilə sağaltmaq olur. Lakin ağırlaşmış sirrozlarda qaraciyər köçürülməsi göstərişdir.

-Qaraciyər sirrozunun müalicəsində kifayət qədər yaxşı nəticələriniz var.

-Ciddi müsbət dinamika əldə etdiyimiz çox xəstəmiz var. Qeyd etdiyim kimi, ilkin və orta ağır mərhələlərdə sirrozu dərman müalicəsi ilə sağaltmaq mümkündür. Lakin sağalsa da, həkim nəzarətində qalmalıdır ki, xəstəlik fəsadlaşmasın. Ağır sirrozlarda isə orqan nəqli həyata keçirilməlidir. Lakin hər hansı bir səbəbdən qaraciyər köçürülə bilmirsə, dərman müalicəsi ilə davam edirik. Bu müalicə xəstəni sağaltmaq üçün deyil, sadəcə, ömrünü uzatmaq, daha komfortlu yaşaya bilməsini təmin etmək üçündür. Biz beynəlxalq protokollarla müalicə edirik və möcüzə göstərə bilmərik. Ən ağır mərhələdə qaraciyər funksiyasını itiribsə, onu dərman müalicəsi ilə sağaltmaq mümkün deyil.

-Pasiyentlərinizlə həmsöhbət olduq. Əskəriyyətini uzun illərdir müalicə edirsiniz və sizdən çox razıdırlar.

-Xroniki xəstəliklər uzun müddət müalicə tələb etdiyindən pasiyentlərimizlə də illərlə işləməli oluruq. Bəzən hətta dostluqlarımız da yaranır. Toyunda iştirak etdiyim xəstələrim də var (gülür). Xəstənin həkimdən əsas gözləntisi diqqət və düzgün müalicədir. Müsbət nəticə əldə edən pasiyent həkimini dəyişmir və illərlə eyni mütəxəssisə müraciət edir. Mənim üçün ağır, yaxud da yüngül xəstə yanaşması yoxdur. Xəstə xəstədir, hər kəsə eyni məsuliyyət və diqqətlə yanaşmaq, bütün xəstəlikləri ciddi qəbul etmək lazımdır. Bizə müraciət edən hər bir pasiyentə əlimizdən gələn köməkliyi göstərməyə çalışırıq.

Qeyd: Dr. Aqil Ağakişiyev qaraciyər sirrozunu peşəkarlıqla müalicə edən yüksək ixtisaslı mütəxəssisdir. Maraqlananlar həkimlə (055) 260-59-59 mobil nömrəsi və https://hepatoloq.com/ saytı vasitəsilə əlaqə saxlaya bilərlər. Həmçinin https://www.facebook.com/dr.agilagakisiyev feysbuk,  dr.agil_agakisiyev instaqram,  https://www.youtube.com/channel/UC5vPiHxnH13lLTwcsDmesSA yutub hesabları ilə də həkimə elektron müraciət etmək olar.

 







İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Əlilliklə bağlı imtina alanlara xoş xəbər – Bu tarixdən qüvvəyə minir – VİDEO

Multimedia 28/06/2022 10:35
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Məlum olduğu kimi, gələn aydan Azərbaycanda əlillik yeni meyarlarla təyin ediləcək. Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” bu il iyulun 1-dən qüvvəyə minir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik siyasəti şöbəsinin müdiri Sabir Qocayev yeni meyarlarla bağlı “Qafqazinfo”nun suallarını cavablandırıb:

– İyulun 1-dən tətbiq olunacaq yeni meyarlara mətbuatda müəyyən qədər aydınlıq gətirilib. İstərdik ki, bu barədə daha detallı danışasınız. Hansı əsaslı dəyişikliklər olacaq?

– Hazırda qüvvədə olan əlilliyin müəyyən olunması meyarları ilə bağlı sənədə əsasən, 3 dərəcə əlillik müəyyən edilir. Gələn aydan qüvvəyə minəcək yeni əlillik meyarlarında isə yanaşma fərqlidir. 35-100 faiz aralığında orqanizm funksiyalarının pozulması ilə bağlı əlilliyin müəyyən olunması həyata keçiriləcək. Tək yenilik qanunvericilikdə əlilliyə əsas verən bəndlərin sayının artırılması deyil. Yeni sənəddə bu say 4,4 dəfə artırılır. Bu o deməkdir ki, əvvəlki qanunvericilikdə əlillik alması mümkün olmayan insanlar yeni sənədlə əlillik əldə edə biləcəklər. Bu sənədin bir çox üstünlükləri var. İstənilən əlillik dərəcəsindən 15 il əlilliyi olan şəxslərə növbəti dəfə əlillik müddətsiz veriləcək. Məsələn, adam ola bilər ki, 5 il ikinci dərəcə əlil olub, 5 il üçüncü dərəcə olub, 5 il də sağlamlıq imkanları məhdud uşaq olub. İndiki sənədlə buna heç cür müddətsiz əlillik təyinatı aparmaq mümkün deyil. Yeni qanunvericilikdə isə 15 il fərqli dərəcələrdən olsa belə əlilliyi varsa, həmin şəxsə müddətsiz əlillik təyinatı aparılacaq. 

Digər vacib məsələ sağlamlıq imkanları məhdud uşaqlarla bağlıdır. Hazırda ağırlığından asılı olmayan bütün uşaqlara eyni dərəcə tətbiq edilir. Onların hamısı nə qədər ağır xəstə olmasından asılı olmayaraq eyni ödənişi – 200 manat əlilliyə görə müavinət alırlar və 80 manat onlara qulluq edən şəxsə verilir. Yeni meyarlarda bu yanaşma aradan qaldırılır. Uşaqlara da diaqnozdan asılı olaraq ömürlük əlillik təyinatı aparılacaq və ödəniş alacaqlar. 

Oxumağa dəyər:   Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb

– İndiyə qədər əlilliyi olan şəxslər də təkrar yoxlamadan keçməlidirlərmi?

– İndiyə qədər əlilliyi olan şəxslərdə təkrar yoxlama aparılmayacaq. Bundan sonra yeni müraciətlər yeni meyarlar əsasında qiymətləndiriləcək. 
Həmçinin şəxsdə olan bir neçə diaqnoz əlillik təyinatında nəzərə alınacaq. Məsələn, A xəstəliyi üzrə şəxsə 40 faiz, B xəstəliyinə görə 80 faiz əlillik verilir. İndiki halda bunları birləşdirib daha ağır dərəcə vermək mümkün deyil. Yeni meyarlarda iki diaqnoz üzrə əlillik təyinatı aparmaq mümkün olursa, onlar birləşdirilir. Ən yüksək dərəcə 10 faiz artırılır, bu zaman ən yüksək müddət hansıdırsa, o seçilir. Həmçinin əlilliyin ən üstün səbəb əlaqəsi seçiləcək. Bu sənəd vətəndaşların sosial müdafiəsinə yönəlmiş sənəddir və müstəqillik tariximizdə ən böyük, əhatəli islahatdır. 

– Yeni meyarların tətbiqindən sonra əlillik təyinatına imkan verən xəstəliklərin sayı nə qədər olacaq?

– Hazırda 152 meyar var. Yeni sənəddə isə bu daha genişdir, meyarların sayı 4 dəfədən çox artırılıb. Bir çox xəstəliklər əvvəlki qanunda yox idi deyə əlillik təyinatı aparıla bilinmirdi. Burada təxminən 650-700 ətrafında meyardan söhbət gedir. 

– Belə aydın olur ki, yeni meyarların tətbiqi ilə əlillik qrupları ləğv olunacaq?

– Bəli, yeni meyarlarda bölgü yoxdur. 35 faizdən başlayaraq 5 faiz-5 faiz artırılmaqla 100 faizə qədər orqanizm funksiyalarının pozulması ilə bağlı əlillik təyinatı aparıla bilər.

– Ödənişlər də ona uyğun aparılacaq?

– Ödənişlərlə bağlı aidiyyəti normativ hüquqi aktlara dəyişiklik edilməlidir. Müvafiq maliyyə əsaslandırılmaları aparılmaqla hökumətə təkliflər hazırlanacaq ki, növbəti mərhələdə ödənişlər də differensiallaşdırılsın. Hazırda birinci qrup əlilliyi olan şəxslərə bütün ödənişlər – təqaüd, müavinət qulluq təqaüdü ilə birlikdə 430 manata yaxın ödəniş edilirsə, yeni meyarlarda bu dərəcəyə uyğun 4-5 addım olacaq. Yəni, 85-90-95-100 faiz. Bunlar ağırlıq dərəcəsinə görə fərqləndiriləcəklər. Növbəti mərhələdə ödənişlərin də faiz dərəcələrinə görə differensiallaşdırılması hazırlanaraq hökumətə təqdim ediləcək. 

Oxumağa dəyər:   Prezidentin təltif etdiyi hərbçilərə ali hərbi rütbələr təqdim edilib

İndi kimsə deyirsə, mənim 3-cü qrup əlilliyim var, bundan sonra deyəcək ki, mənim 35 faiz əlilliyim var və ya 40 faiz əlilliyim var. Bu sənəd dünyada olan təcrübə götürülməklə, Azərbaycanda reallıqları nəzərə almaqla hazırlanıb. Son 3 il ərzində üzərində iş aparılıb və 100-ə yaxın normativ hüquqi akta dəyişiklik edilib. 

– Azərbaycanda əlillik təyinatı aparılmış vətəndaşların sayı nə qədərdir və bu sayın nə qədər artacağı gözlənilir?

– Dünyada əlillik sayı ortalama Ümumdünya Səhiyyə Təşkilatının hesablamasına əsasən əhali sayının 10-15 faizi qədərindədir. Bizdə isə bu rəqəm 6 faizdir. Rəqəmin artıb-azalacağını indidən proqnozlaşdırmaq çətindir. Biz bilirik ki, əlillik sistemində sağlamlaşdırma aparılıb, bir sıra əlilliklər ləğv edilib. Tətbiq olunacaq yeni meyarlar əlilliyə əlçatanlığı artıracaq. Həmin sayda da müəyyən qədər artım ola bilər. 

– Qazilərlə qazi olmayan vətəndaşların əlillik təyinatı eynidirmi?

– Hərbçilərin əlillik təyinatı fərqlidir. Əlillik təyinatında qazilərlə mülki şəxslərin fərqləndirilməsi diaqnoza görə aparılmır. Onların fərqləndirilməsi əlilliyin səbəbinə görə aparılır. Məsələn, ikinci dərəcə ümumi səbəbdən əliliyi olan şəxsə sadəcə müavinət verilirsə, hərbi səbəbdən əlil olanlar isə prezident təqaüdü, minik avtomobili, pulsuz evlərin təqdim edilməsi, birdəfəlik sığorta haqqı və s. alırlar. Bir çox imtiyazlar var ki, bunlar mülki şəxslərə tətbiq edilmir. 

Bizdə olan işçi qaydada əldə etdiyimiz məlumata görə, Müdafiə Nazirliyi tərəfindən 5000-dən çox şəxsə şəhadətnamə verilib. Onlardan 3100 nəfərdən çoxuna – 60 faizinə əlillik təyinatı aparılıb. Müdafiə Nazirliyi kimlərə şəhadətnamə veribsə, əksər hissəsinə əlillik təyinatı verilib. Əlillik təyinatına imtina verilmiş qazilərimizin də məsələləri araşdırılır, yeni meyarlarla onların da məsələsinə baxılacaq. Biz Vətən müharibəsi iştirakçılarına bu hüququn təyininə çalışırıq. 

Oxumağa dəyər:   Tovuzun bu kəndlərində elektrik şəbəkəsi yenidən qurulur - Video

– Əvvəllər əlillik təyinatı ilə bağlı müraciət edib imtina alanlar dəyişiklikdən sonra yenidən müraciət edə bilərmi?

– Biz Vətən müharibəsi qazilərinə münasibətdə bu işi preventiv aparacağıq. Çünki bizim imtina almış qazilərimizin siyahısı bazamızda var. Kimlərin hüququ çatırsa, onları dəvət edəcəyik. İmtina alan vətəndaşlarımız da yenidən müraciət edə bilər və biz yeni meyarlarla dəyərləndirmə apara bilərik. 

– Bəzən qazilər bildirirlər ki, onların müraciətlərinə ədalətli baxılmayıb. Məsələn, ayağı və ya qolu müəyyən hissədən kəsilən şəxslər ömürlük təyinat aparılmamasından şikayətlənirlər. Çünki 5 ildən sonra həmin orqanın yenidən bərpa olunması mümkün deyil. Yeni meyarların tətbiqindən sonra bu problemlər aradan qalxacaqmı?

– Yeni meyarlarda 2 və daha artıq əlilliyə əsas verən hallar olduqda onlar birləşdirilərək daha üstün əlillik dərəcəsi təyin ediləcək. Bəzən indiki halda insanın bir amputasiyası varsa və bir də gözünü itiribsə, qanunvericilik imkan vermir ki, biz bu ikisini birləşdirərək daha yüksək dərəcə verək. Bəzi hallarda əgər amputasiya müddətsiz əlilliyə imkan verirdisə, ona digər daha yüksək dərəcə ilə müddətli əlillik verirdilər. Bundan sonra sadalanan problemlər aradan qalxacaq. Biz elektron informasiya sistemində həm də avtomatlaşdırma ilə bağlı da işlər aparırıq ki, həkimlərin də subyektiv yanaşması olmasın. İstənilən halda geridönməz proseslər müddətsiz olmalıdır. 

Terror səbəbi ilə əlilliyi olanlar – bu da yeni bir səbəbdir. Əvvəllər heç kimə bu səbəbdən əlillik verilməyib. Bu səbəb bir il əvvəl Nazirlər Kabinetinin qərarı ilə siyahıya salınıb. Məqsəd o idi ki, Gəncədə və ya digər şəhərdə terror nəticəsində xəsarət alan insanlara əlillik verildikdə ümumi səbəbdən deyil, terror səbəbi göstərilsin. Beləliklə, biz həm də terror nəticəsində nə qədər insanın əlil olduğunu biləcəyik və onlara ünvanlı xidmət göstərmiş olacağıq. 

Gülnar Əliyeva

Foto-Video: Pərvin Zeynal

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

FHN: Ötən sutka 51 yanğına çıxış olub, 8 nəfər xilas edildi – Video

Multimedia 27/06/2022 15:38
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

FHN-dən verilən xəbərə görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 51 yanğına çıxış və 8 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 1-i azyaşlı olmaqla 8 nəfər, o cümlədən sularda xilasetmə məntəqələrinin ərazisində, qeyri-çimərlik ərazidə çimərkən batma təhlükəsi olan 6 nəfər dalğıc-xilasedicilərin çevik müdaxiləsi nəticəsində xilas edilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Kəlbəcərdən Laçına çəkilən elektrik xətti – VİDEO

Multimedia 27/06/2022 14:23
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Xəbər verildiyi kimi, dünən Prezident İlham Əliyev “AzərEnerji” tərəfindən Kəlbəcərdən Laçına çəkilən 110 kV-luq yüksək gərginlikli elektrik xətti və Laçında tikilən “Qorçu” yarımstansiyasına baxış keçirib.

Bu “AzərEnerji” ASC-dən məlumat verilib.

Bildirilib ki, 42 kilometr məsafədə ikidövrəli olmaqla, bəzi yerlərdə 2200 metr yüksəklikdən, dağlıq, sıldırım qayalıq, çaylaq, sıx meşəlik və yolsuzluq şəraitində ötürücü xətt çəkilib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Müdafiə naziri sərhəddəki erməni təxribatlarından danışdı – Video

Multimedia 27/06/2022 09:34
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“Keçən ilin 26-dan bu ilin 26-na kimi, biz hesabat dövrü hesab edirik. Bu ərəfədə əməliyyat şəraiti çox gərgin keçib”.

Bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov REAL TV-yə müsahibəsində deyib.

“Bilirsiniz ki, Azərbaycan ordusu gərgin iqlim şəraitində xidmətini təşkil edir. Müharibədən sonra ilk növbədə mən qeyd etmək istəyirəm ki, Azərbaycan-Ermənistan sərhədində bilirsiniz ki, daima Ermənistan Silahlı Qüvvələri tərəfindən atəşkəs pozulur. Təxribata əl atırlar.

Dəfələrlə biz onların cavabını vermişik. Misal üçün, götürək, 2021-ci ilin 13, 17 noyabr aylarını, o vaxt ki, Erməni Silahlı Qüvvələri böyük bir təxribata əl atmışdılar. Azərbaycan ordusunun bir neçə postuna hücum etmişdilər.

Azərbaycan Silahlı Qüvvələri, Azərbaycan Ordusu, Azərbaycan əsgəri, Azərbaycan zabiti layiqli cavab verərək strateji yüksəklikləri azad edib və Ermənistan Silahlı Qüvvələri böyük itkilər vermişdilər. 6 nəfər məhv edilmişdi, 33 nəfər əsir götürülmüşdü”, – nazir qeyd edib.

Z.Həsənovun sözlərinə görə, bu təxribatlar davam edir:

Oxumağa dəyər:   Azərbaycan İtaliya şirkəti ilə energetika sahəsində əməkdaşlığı müzakirə edib

“Hər dəfə bunların təxribatının qarşısını alanda Erməni Silahlı Qüvvələri itki verir. 5-10 gün sakitçilik olur. Yenə təxribata başlayırlar. Ümumiyyətlə, son vaxtlar siz görsəniz, eyni məsələlər təkrarlanır.

İtki verəndən sonra 5-6 gün sakitçilikdir. Sonra təxribatlar yenə təkrarlanır. Biz dəfələrlə müvafiq qurumlara fikrimizi demişik. Demişik ki, hər bir təxribatın qarşısı qətiyyətlə alınacaq və indiyə kimi də alınır”.

Daha ətraflı videomüsahibədə:

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Paşinyan daha bir hərəkəti ilə gündəmdə – Video

Multimedia 26/06/2022 19:20
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Ermənistanın Baş naziri Nikol Paşinyan daha bir hərəkəti ilə gündəmə gəlib.

Paşinyan İrəvanda keçirilən tədbirlərin birində stolun üstünə qoyulmuş qələmi “özününküləşdirib”.

Belə ki, iclas zamanı yerinə əyləşən erməni Baş nazir qələmə baxdıqdan sonra onu pencəyinin cibinə qoyub. 

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Bu çaydan sel keçdi – Video

Multimedia 26/06/2022 14:02
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Kürmükçay İlisu məntəqəsindən sel keçib.

Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Bildirilib ki, intensivləşən leysan yağış nəticəsində ötən gecə saat 23:10 radələrində Kürmükçay İlisu məntəqəsindən sel keçib.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Düşmənin qurduğu istehkamları bir anda keçdik” – Qalib ordunun zabiti – VİDEO

Multimedia 26/06/2022 09:18
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür.

Silahlı Qüvvələr 104 il əvvəl Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 26 iyun 1918-ci il tarixli qərarı ilə yaradılıb.

1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu buraxılıb və 1991-ci il oktyabrın 9-da Ali Sovetin qərarı ilə Silahlı Qüvvələr yenidən yaradılıb. Ulu öndər Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən, 26 İyun – Silahlı Qüvvələr Günü elan olunub.

Hazırda Azərbaycan həm döyüş qabiliyyətinə, həm də maddi-texniki imkanlarına görə, Cənubi Qafqazda ən güclü dövlət hesab olunur.

Silahlı Qüvvələrin strukturuna Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Dəniz Qüvvələri daxildir.

Prezident, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu torpaqlarımızı 30 ilə yaxın müddətdə işğal altında saxlamış Ermənistan silahlı qüvvələrini darmadağın edib. Əzəli və tarixi torpağımız olan Qarabağ düşmən işğalından azad olunub.

Oxumağa dəyər:   Azərbaycan İtaliya şirkəti ilə energetika sahəsində əməkdaşlığı müzakirə edib

“Qafqazinfo” Silahlı Qüvvələr Günü münasibəti ilə Azərbaycan Ordusunun mənsubları, Müdafiə Nazirliyinin zabitləri, Vətən müharibəsi iştirakçıları – Natiq Baxşıyev, Cavadov Rahib və Nağıyev Mirhəmid, həmçinin, Hərbi Dəniz Qüvvələrinin zabitləri Bayramov Telman və Bəkirov Hüseynlə həmsöhbət olub.

Hərbçilər keçdikləri döyüş yolları, o cümlədən, hazırkı fəaliyyətləri barədə məlumat veriblər:

Eldar Tanrıverdiyev

Video: Müzəffər İsmayılov



InstagramdaInstagramda izlə
Telegram-da izlə

Türkiyədəki meşə yanğınları tam nəzarət altına alınıb – VİDEO

Multimedia 25/06/2022 21:03
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Türkiyənin Muğla əyalətində 4 gün öncə başlayan güclü meşə yanğınları artıq tam nəzarət altına alınıb.

Bölgənin xüsusilə Köyceyiz, Yeşilbelde, Dalaman, Marmaris, Seydikemer rayonlarında daha şiddətli şəkildə müşahidə edilən yerlərə intensiv müdaxilələr nəticəsində yanğın tam nəzarət altına alınıb.

Belə ki, iyunun 24-də gecə saatlarından bəri həcminə görə ən iritutumlu Mi-26 tipli helikopterləri Muğladaki müxtəlif yanğın nöqtələrinə 200 tona yaxın su boşaldıb.

Qeyd edək ki, küləyin istiqamətinin və surətinin dəyişməsi nəticəsində genişlənmiş yanğın bölgələrinə 253 yanğınsöndürən maşın, 30-dan çox su tankeri, 46 helikopter və 15 təyyarə olmaqla, ümumilikdə 600-dən artıq müxtəlif təyinatlı texnikalar cəlb olunub.

Bununla yanaşı, İstanbul, Ankara, İzmir və Antalya başda olmaqla Türkiyənin 22 şəhər və vilayətlərindən xüsusi xilasetmə və yanğınsöndürmə əməkdaşları yanğın baş verən yaşıllıq zolaqlarında soyutma işləri aparır.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Muğlada başlayan bu ilki yanğınlarda ümumilikdə 4 500 hektar əraziyə ziyan dəydiyini açıqlayıb.

Oxumağa dəyər:   ANAMA minaaxtaranları üçün Zəngilanda yeni mobil sahə düşərgəsinin açılışı olub

Xatırladaq ki, Azərbaycan Prezidentinin tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyinin tabeliyində “BE-200ÇS” tipli amfibiya təyyarəsi də qardaş ölkənin yanğınla mübarizəsinə dəstək verməkdədir.

Dünən müxtəlif koordinatlar üzrə yanğınsöndürmə tapşırıqlarını icra edən Azərbaycanın amfibiya təyyarəsi 120 tondan artıq su boşaldıb. Yerli əhali Azərbaycana göstərdiyi dəstəyə görə minnətdarlıq edib.

InstagramdaInstagramda izlə
Telegram-da izlə

“Ordumuz Vətən müharibəsində mükəmməl döyüş taktikası nümayiş etdirdi” – Məhərrəm Əliyev – VİDEO

Multimedia 25/06/2022 19:32
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

“44 günlük Vətən müharibəsindəki şanlı qələbəmizdən sonra sübuta yetirildi ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasında öz nüfuzlu mövqeyini daha da artırıb”.

Bu fikirləri Prezidentin köməkçisi – Prezident Administrasiyasının Hərbi məsələlər şöbəsinin müdiri, general-polkovnik Məhərrəm Əliyev “REALTV-az”a müsahibəsində deyib:

“Ordumuzun gücü, döyüş qabiliyyəti, peşəkarlığı və ən əsası, döyüş ruhunun daim yüksək olması reallığı həm də hərb elminə yeniliklər gətirib. Təbii ki, bütün bu uğurlar asan əldə edilməyib və böyük zəhmətlər hesabına qazanılıb. Bu məqamda biz Prezident İlham Əliyevin qətiyyəti, iradəsi və praqmatikliyi faktorunu özəlliklə vurğulamalıyıq.

Silahlı Qüvvələrimiz işğal altında olan torpaqlarımızın azadlığı uğrunda 44 günlük Vətən müharibəsində mükəmməl döyüş taktikası ilə yeni nəsil müharibə nümunəsi göstərdi. Ötən illər ərzində Silahlı Qüvvələrdə çox ciddi və əhəmiyyətli işlər görülüb. Bundan sonra da ordu quruculuğu sahəsində müvafiq tədbirlərin davam etdirilməsi nəzərdə tutulur”.

Oxumağa dəyər:   Azərbaycanın İtaliyaya ixrac etdiyi fındıq geri qaytarılıb

Prezidentin köməkçisinin sözlərinə görə, ölkə rəhbərinin tapşırığına uyğun olaraq ordu quruculuğu sahəsində aparılan islahatlar uğurlu nəticələri ilə nəzərə çarpır:

“Qarşımızda Silahlı Qüvvələrin, qoşun növlərinin, hərbi hissə və birləşmələrin döyüş qabiliyyətinin gücləndirilməsi, daha effektiv silahların və döyüş texnikalarının istehsalı ilə müdafiə sənayesinin genişləndirilməsi, ordu ilə digər hərbi qurumlar arasında qarşılıqlı əlaqələrin daha da təkmilləşdirilməsi, beynəlxalq təlimlərdə iştirakın təmin olunması, hərbi qulluqçuların hüquqlarının müdafiəsi və sosial-məişət şəraitlərinin yaxşılaşdırılması kimi tapşırıqlar durur.

Bu xüsusda Şuşa Bəyannaməsinin imzalanması müdafiə qabiliyyətinin və təhlükəsizliyin möhkəmləndirilməsi, birgə təlimlərin keçirilməsi və şəxsi heyət mübadiləsi, aidiyyəti strukturların əlaqəli fəaliyyətinin təmin olunması, müştərək layihələrin reallaşdırılması və müdafiə sənayesi texnologiyalarının inkişaf etdirilməsi sahəsində ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə mühüm töhfələr verəcək tarixi bir sənəddir”.

İstinadlar Qafqazinfo
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Rusiyanın dini lideri Novorossiysk kilsəsində mərasim zamanı yıxılıb – VİDEO

Multimedia 25/06/2022 14:17
Paylaş Whatsapp Telegram Twitter Facebook A+ A-

Moskva və bütün Rusiyanın patriarxı Kirill (Vladimir Qundayev) iyunun 25-də Novorossiysk kilsəsində mərasim zamanı yıxılıb.

Bu barədə Rusiya KİV-i məlumat və videomaterial yayıb.

Bildirilib ki, mühafizəçiləri, protokol xidməti və onun yanında duranlar Kirillin yıxılmasının qarşısını ala bilməyib. Məlumata görə, patriarxın yıxılmasına səbəb koronavirusdur. Pandemiya ilə əlaqədar Kirill ona yaxınlaşmağı qadağan edib.

İstinadlar Report
InstagramdaInstagramda izlə
Telegram-da izlə

Həmçinin baxın

Multimedia 28/06/2022 19:12

Bakıda məktəb binasındakı yanğın söndürüldü – Video+Fotolar+

Read more
Multimedia 28/06/2022 17:14

32 narkotacir tutulub – DİN – VİDEO

Read more
Multimedia 28/06/2022 16:08

Həbsdə olan vəzifəli şəxsin ailəsindən 52 min alıblar – VİDEO

Read more
Multimedia 28/06/2022 15:44

Tovuzun bu kəndlərində elektrik şəbəkəsi yenidən qurulur – Video

Read more
Hadisə 28/06/2022 13:56

Gəncədə sənədsiz avtoservis məntəqəsinin tikintisinin qarşısı alınıb – VİDEO

Read more
Multimedia 28/06/2022 11:03

“Ağır sirrozdan sağalan xəstələrim var” – Qastroenteroloq Aqil Ağakişiyev – VİDEO

Read more
Multimedia 28/06/2022 10:35

Əlilliklə bağlı imtina alanlara xoş xəbər – Bu tarixdən qüvvəyə minir – VİDEO

Read more
Multimedia 27/06/2022 15:38

FHN: Ötən sutka 51 yanğına çıxış olub, 8 nəfər xilas edildi – Video

Read more
Multimedia 27/06/2022 14:23

Kəlbəcərdən Laçına çəkilən elektrik xətti – VİDEO

Read more
Multimedia 27/06/2022 09:34

Müdafiə naziri sərhəddəki erməni təxribatlarından danışdı – Video

Read more
Multimedia 26/06/2022 19:20

Paşinyan daha bir hərəkəti ilə gündəmdə – Video

Read more
Multimedia 26/06/2022 14:02

Bu çaydan sel keçdi – Video

Read more
Multimedia 26/06/2022 09:18

“Düşmənin qurduğu istehkamları bir anda keçdik” – Qalib ordunun zabiti – VİDEO

Read more
Multimedia 25/06/2022 21:03

Türkiyədəki meşə yanğınları tam nəzarət altına alınıb – VİDEO

Read more
Multimedia 25/06/2022 19:32

“Ordumuz Vətən müharibəsində mükəmməl döyüş taktikası nümayiş etdirdi” – Məhərrəm Əliyev – VİDEO

Read more
Multimedia 25/06/2022 14:17

Rusiyanın dini lideri Novorossiysk kilsəsində mərasim zamanı yıxılıb – VİDEO

Read more
Multimedia 25/06/2022 11:32

“Etilen-Polietilen” zavodunda yanğın-taktiki təlim keçirildi – Video

Read more
Hadisə 24/06/2022 16:53

Hindistanlı turistin axtarışlarına xüsusi təlim keçmiş itlər cəlb olunub – VİDEO

Read more
Multimedia 24/06/2022 15:01

Gürcüstandan Bakıya silsilə oğurluq üçün gəldi – Video

Read more
Multimedia 23/06/2022 15:14

“Netflix” Bakıda film çəkdi, qəhrəmanların biri azərbaycanlıdır – Video

Read more
Hadisə 23/06/2022 11:43

Bakıda evlərdən çoxsaylı oğurluq edən şəxs tutulub – VİDEO

Read more
Hadisə 23/06/2022 11:40

Bakıda evlərdən çoxsaylı oğurluq edən şəxs tutulub – VİDEO

Read more
Multimedia 23/06/2022 10:11

Qaradağda 5 hektar qamışlıq yandı – Video

Read more
Multimedia 23/06/2022 01:23

Xivədə Prezidentin marağına səbəb olan papaq… – Video

Read more
Multimedia 22/06/2022 21:59

Media reyestr sistemi layihəsi Nazirlər Kabinetinə təqdim edildi – Video

Read more
Multimedia 22/06/2022 17:59

Hərbi Dəniz Qüvvələrində keçirilən taktiki təlim başa çatıb – VİDEO

Read more
Multimedia 22/06/2022 11:08

Özünü damdan atmaq istəyərkən xilas edildi – VİDEO

Read more
Multimedia 20/06/2022 15:35

Bakıda məşhur restoranın hasarı bu görüntüyə görə söküldü – Video

Read more
Multimedia 20/06/2022 14:47

Bakıda qəbiristanlığı qazıb 16 kq narkotik gizlətdilər – Video

Read more
Multimedia 19/06/2022 10:44

Zakir Həsənov Kəlbəcər və Laçında – Video

Read more
Multimedia 18/06/2022 23:41

Azərbaycan qırıcıları təlimlərdə iştirak etmək üçün Türkiyədədir – VİDEO

Read more
Multimedia 18/06/2022 19:08

Bayden velosipeddən yıxıldı – Video

Read more
Multimedia 18/06/2022 11:04

Ötən sutka intihara cəhd edən 3 nəfər xilas olunub – VİDEO

Read more
Multimedia 18/06/2022 10:39

Zakir Həsənov Kəlbəcər və Laçında döyüş mövqelərinə səfər edib – VİDEO

Read more
Multimedia 14/06/2022 10:29

Azərbaycan Ordusunun tank bölmələrinin hazırlığı davam edir – VİDEO

Read more
Xəbər 13/06/2022 10:59

Azərbaycan Ordusunun snayperlərinin təlimi başlayıb

Read more
  • Ana Səhifə
  • Saytda reklam
  • Arxiv
  • Haqqımızda
  • Bizimlə əlaqə
  • Facebook
  • Twitter
  • Youtube
2022 © AZƏRBAYCAN 24. Bütün hüquqları redaksiya özündə saxlayır. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bizi Facebook-da izləyirsiniz?

Azərbaycan 24
Səhifəmizi artıq bəyənmisinizsə, sizə öz təşəkkürümüzü bildiririk. Biz Azərbaycanda yeganə media qurumuyuq ki, saytımızda yayımlanan bütün xəbərlər həm də "Facebook" səhifəmizdə paylaşılır. Səhifəmizi bəyənməklə ən son xəbərləri birbaşa "Facebook" profilinizdə izləyə bilərsiniz.

Bağla