Xəzər dənizinə düşən Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus “MİQ-29” təyyarəsinin “qara qutu”sunu tədqiq etmək üçün Ukraynadan mütəxəssislər cəlb olunub.

Bunu nəşi tapılan pilot, polkovnik-leytenant Rəşad Atakişiyevin qayınatası, keçmiş dövlət müşaviri Qabil Hüseynli deyib.

Onun sözlərinə görə “qara qutu”nun bəzi hissələri zədələnib.

“Zədələnmiş hissələr bərpa ediləndən sonra “qara qutu” tədqiq ediləcək. O zaman hadisənin səbəbləri barədə fikir söyləmək olar”,- deyə keçmiş müşavir bildirib.

İstinadlar Y/sabah