
“Bu ilin sonuna qədər dövlət və özəl sektorlarından rəy və təkliflər toplandıqdan sonra Rəqəmsal İqtisadiyyat Strategiyasının təsdiqlənməsi gözlənilir”.
Bunu İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinə (4SİM) icraçı direktoru Fariz Cəfərov Kibertəhlükəsizlik Günləri Konfransında (İCSD 2023) bildirib.
Onun sözlərinə görə, Rəqəmsal İqtisadiyyat Strategiyasında dövlət, özəl tərəfdaşlığı nəzərdə tutulur:
“Özəl sektorda 34-ə yaxın layihə , dövlət sektorunda isə 14 layihə, vətəndaş cəmiyyətini əhatə edən 21 layihə nəzərdə tutulur”. F. Cəfərov qeyd edib, strategiyada klaster konsepti ilə 15 sektor əsas götürülüb:” Turizm , nəqliyyat, logistika,kənd təsərrüfatı , qida və digər sektorlar, Qarabağ xüsusi olaraq nəzərə alınıb”. O bildirib ki, ölkədə olan hər bir nazirliyin fəaliyyət istiqamətlərinə uyğun olaraq nazirliklərin mövcud strategiyası ilə bu strategiyanın uzlaşdırılması istiqamətində iş aparılıb. Təqribən 30-dan çox dövlət və özəl sektorlarla iş aparılıb”.
Gülnar Əliyeva