Yaponiyanın “Sony” şirkəti 2019-cu ildə “Reon Pocket” adlı daşınan kondisioner təqdim edərək onun istehsalı üçün vəsait toplanışına başlayıb. 2020-ci ildə qurğu satışa çıxarılıb. Bu dəfə isə “Sony” qurğunun yeni versiyasını yaradıb.

Yenilənmiş qurğu xarici görünüşünə görə birinci nəsil modeldən fərqlənmir. Qurğu əvvəllər olduğu kimi, köynəyin boyun nahiyəsində olan xüsusi cibinə yerləşdirilir, iş rejiminin quraşdırılması üçün mobil proqramdan istifadə olunur. Bununla yanaşı, tərtibatçıların sözlərinə görə, “Reon Pocket 2” istiliyi iki dəfə yaxşı udur ki, bu da bədəni daha effektiv soyutma ilə təmin edir. Həmçinin yeni daşınan kondisioner qolf oyunu daxil olmaqla idmanla məşğul olan zaman istifadə üçün uyğundur. Bundan başqa, “Reon Pocket 2” qurğusunu xüsusi kəmər vasitəsilə boyuna bərkitmək mümkündür.

Qurğunun qızması və soyudulması üçün Peltye elementi (iş prinsipi Peltye effektinə – elektrik cərəyanı axan zaman temperatur fərqliliyinin yaranmasına əsaslanan termoelektrik dəyişdirici) cavabdehlik daşıyır.

Artıq satışa çıxarılan yeni daşınan kondisionerin Yaponiya bazarında qiyməti 140 dollar təşkil edir. Qurğunun Yaponiyadan kənarda satışa çıxarılması ilə bağlı planlar barədə məlumat verilmir.

Nizam Nuriyev

İstinadlar ict news