“Azərbaycan, Qazaxıstan və Rusiya ixracının 60-90%-ni, həmçinin ÜDM-nin 30-50%-ni təşkil edən neft-qaz sektorunda istənilən artımdan faydalana bilər”.

Bu barədə “Renaissance Capital”in MDB+ İqtisadi Proqnozunda deyilir.

“Qeyd etmək lazımdır ki, bu ölkələr toplanmış ehtiyatlar sayəsində qlobal artımın zəifləməsi halında belə maliyyə və fiskal stressdən qaçmaq üçün yaxşı imkana malikdir”, – hesabatda deyilir.

Öz növbəsində, Azərbaycan, Qazaxıstan və Özbəkistanın suveren avrobondlar üzrə öhdəliklərinin yerinə yetirilməsi 2024-cü ilə planlaşdırılır.

İstinadlar Report