
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Renad Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hazırlıq iclası baş tutub.
İclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Onun evli və 2 övladı olduğu məlum olub. Cinayət işi məhkəmə baxışına qəbul edilib.
Məhkəmə prosesi martın 27-də davam etdiriləcək.
Qeyd edək ki, R.Əliyevin qardaşı Riyad Əliyev Təfəkkür Universitetinin Kiev filialının rektoru olub. O, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən İnterpol xətti ilə axtarışa verilib.