
İran Prezidenti İbrahim Rəisinin helikopterinin göyərtəsində olan Təbriz şəhərinin cümə imamı Məhəmməd Əli əl Haşimi iki dəfə telefonla əlaqə saxlayıb və səhhətindən şikayətlənib.
Bu barədə İslam Respublikasının Xarici İşlər Nazirinin müavini Mehdi Səfəri bildirib.
“Bir neçə dəqiqə əvvəl hadisə yerində olan heyət üzvünün helikopterindən və mobil telefonundan bir siqnal alındı”, – “Tasnim” agentliyi ondan sitat gətirib.