İran Prezidenti İbrahim Rəisi rusiyalı həmkarı Vladimir Putinə Xəzər dənizində əməkdaşlıq etməyi təklif edib.

Rəisi bu barədə Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısı çərçivəsində Putinlə təkbətək görüşündə deyib.

O, Rusiya Prezidentinə Xəzər dənizində nəqliyyat, tranzit, balıqçılıq və turizm çərçivəsində əməkdaşlıq etməyi təklif edib: “Bizim əməkdaşlıq edə biləcəyimiz sahələrdən biri də Xəzər dənizidir”.

Nəzrin Cavadzadə

İstinadlar Qafqazinfo