
Hegemon dövlətlər Pakistan və İran arasında münasibətlərdə nifaq və qeyri-sabitlik yaratmağa, iki ölkənin xalqını qiyama təhrik etməyə çalışırlar.
Bunu İran Prezidenti İbrahim Rəisi pakistanlı həmkarı Asif Əli Zərdari ilə telefon danışığı zamanı deyib.
“Hakim güclər İran və Pakistan arasında münasibətlərin inkişafını bəyənmir və üsyana qızışdırmaqla iki xalq, iki İslam ölkəsi arasında parçalanma yaratmağa çalışırlar”, – İran hökumətinin teleqram kanalı Rəisidən sitat gətirib.