Rusiya və Tacikistan prezidentləri Vladimir Putinlə Emoməli Rəhmon Düşənbədə keçirilən görüşdə təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsi, Tacikistan-Əfqanıstan sərhədinin möhkəmləndirilməsi və digər aktual məsələləri müzakirə ediblər.

Bu barədə Tacikistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, danışıqlarda prezidentlər Tacikistan-Əfqanıstan sərhədindəki vəziyyətə xüsusi diqqət yetiriblər. Bu kontekstdə Emoməli Rəhmon və Vladimir Putin Tacikistan-Əfqanıstan sərhədinin mühafizəsinin gücləndirilməsi ətrafında fikir mübadiləsi aparıblar.

Rusiya Prezidenti Vladimir Putin Düşənbəyə işgüzar səfərlə gəlib və bu, liderlərin 2022-ci ildə ikinci təkbətək görüşü olub.

İstinadlar Report